Accessibility links

«Amerika rəsmiləri Azərbaycanla söhbətlərində son vaxtlar beynəlxalq və yerli QHT-lərin sıxışdırılmasının «qeyri-məqbul» olduğunu bildiriblər».

ABŞ dövlət katibinin Demokratiya, İnsan haqları və Əmək Bürosu üzrə müavini Tomas Melia belə deyir.

O, Praqada keçirilən «Forum 2000» tədbiri çərçivəsində Azadlıq və «Amerikanın səsi» radiolarının birgə layihəsi olan «Current Time» televiziyasına müsahibəsində Azərbaycanda insan haqları təşkilatları üzərinə hücumların rəsmilərlə ciddi şəkildə müzakirə edildiyini bildirib:

«ABŞ Azərbaycan hökumətinə vətəndaşların ictimai işlərdə iştirakının uzunmüddətli stabillik və firavanlıq üçün açar olduğunu bildirir. Aşkar və tolerant olmaq ölkələrin gələcəyinin təminatıdır».

Tomas Melia deyib ki, ABŞ rəsmiləri Özbəkistan rəsmiləri ilə görüşlərdə də eyni məzmunlu mesajları verirlər.

XS
SM
MD
LG