Accessibility links

"Orlando hücumunu təkcə müsəlman icması ilə bağlamaq düzgün deyil"


Amerikalı eskpert Tomas Sörli ilə müsahibə
please wait

No media source currently available

0:00 0:06:22 0:00

Florıda ştatının Orlando şəhərində terror hadisəsi Amerika cəmiyyətində ölkənin daxilində yaranmış ekstremizmə qarşı mübarizə və gənclərin radikallaşmasının qarşısının alınması kimi məsələlər ətrafında geniş debatlara yol açıb. Amerika tarixində ən qanlı kütləvi qətl hadisəsinə reaksiyalar silahlara nəzarətdən tutmuş radikal təbliğata qarşı tədbirlərin görülməsi kimi çağırışları əhatə edir. Təhlükəsizlik məsələləri üzrə ekspert Tomas Sörli “Amerika icmalı” proqramında müsahibədə Orlando hücumundan sonra ölkədə gedən debatlardan danışıb.

Sual: Orlandoda hücum Amerika tarixində ən qanlı kütləvi qətliam hadisəsi və 11 sentyabr hücumundan sonra ən böyük terror aktıdır. Hadisənin Amerika cəmiyyətinə təsirini necə qiymətləndirirsiniz?

Cavab: Fikrimcə, bu hadisədə ən vacib odur ki, onun özündən çox, Amerikada baş verən prosesləri başa düşmək lazımdır. İlk dəfədir ki, müsəlman icması və geylər icması müəyyən dərəcədə birləşib. Bu hadisənin əgər bir müsbət cəhəti varsa, o da budur. Silahların törətdiyi faciələr, silahlı zorakılıqlar və ABŞ-da silahların sayı haqda kifayət qədər söz deyilib. Biz əgər mümkündürsə bu hadisənin icmaları çox uzun bir müddətdə ilk dəfədir bir araya necə gətirdiyi məsələsinə diqqət yetirməliyik.

Sual: Hadisənin terror hücumu, və ya qatilin geylərin gecə klubunu hədəf almasına görə nifrət zəminində hücum olması ilə bağlı debatlar gedir. Biz yeni zamanda bilirik ki, Ömər Mətin İŞİD-ə sədaqət andı verib və öz ekstremist motivləri olduğunu bildirib. Sizin bu haqda fikriniz nədir?

Cavab: Buna həm nifrət zəmində hücum, həm də terror hücumu demək olar. Biz bunu başa düşməliyik, istər İŞİD, istərsə də KKK (Kuk Klus Klan) tərəfindən törədilmiş olsun, belə individual hücumları bundan sonra da görəcəyik. Hücumu törədən şəxsin cəmiyyəti terrorizə etməsi baxımından buna terror hücumu demək olar. Terrorizm elə bu deməkdir. Bu həm də nifrət zəminində hücumdur, çünki o, geyləri hədəf alıb. Deyilənə görə onun özünün də homoseksual meylləri olub, mən bunu bilmirəm. İŞİD kimi təşkilatlar, ya da təkbaşına hücumlardan danışanda biz bir nəfərin İŞİD-i təmsil etdiyi kimi nəticələr çıxarmaqdan ehtiyat etməliyik. Biz bu hücumların İŞİD kimi qruplardan ilham alaraq həyata keçirildiyini başa düşməliyik. Burada bir məsələni də ayırd etməliyik ki, bu, bir nəfərin təkbaşına törətdiyi hücumdur, yoxsa bunu İŞİD kimi bir qrup təşkil edib? Burada bu iki məsələsini bir-birindən ayırmalıyıq. Belə görünür ki, bu hücum İŞİD-dan ilhamlanaraq həyata keçirilib və birbaşa İŞİD tərəfindən təşkil edilməyib.

Sual: Orlando hücumuna münasibətdə Amerikanın siyasi esteblişmentidə ziddiyyətli fikirlər ifadə edilir. Respublikaçıların ehtimali namizədi olan Donald Tramp müsəlmanların Birləşmiş Ştatlara gəlməsinə qadağa qoyulması və ciddi terror təhlükəsinin gəldiyi ölkələrdən mühacirətin məhdudlaşdırılması haqda çağırışlarını bir daha təkrarlayıb. Prezident Obama isə silahlara nəzarətin genişləndirilməsinə çağırıb. Bu çağırışlar Amerika ictimiayyəti tərəfindən nə dərəcədə dəstəklənir?

Cavab: Hər iki tərəf-həm demokratlar, həm də respublikaçılar məsələ ilə bağlı mövqelərini bildirib. Amerikada narahartlıq doğuracaq məsələ odur ki, aparıcı partiyalarda ifrat baxışları təmsil edən iki namizəd var. Bunlardan biri solçuları təmsil edən Berni Sandersdir, əsində o heç demokrat da deyil, amma demokrat kimi seçkiyə qatılıb. O biri isə Donald Trampdır ki, o heç vaxt respublikaçı olmayıb və indi prezidentlik uğrunda yarışda iştirak edir. Əsl problem də budur ki, ölkə bölünüb. Silahlara nəzarət məsələsinə gəldikdə insanlar nəyə inanırsa, ona da inanmağa davam edir. Buna nə cavab verəcəyimi bilmirəm. Mənim şəxsi fikrimə gəldikdə, barlarda və başqa yerlərdə daha şox silah daşınması tərəfdarı olan dostlarıma demək istəyirəm ki, Somaliyə baxın. Ən çox silah oradadır, amma bu işə yaramır.

Sual: Prezident Obama hücumun İŞİD ideologiyasını təmsil edən təkbaşına qatil tərəfindən həyata keçirildiyini bildirib. Ölkə daxilində yaranmış ekstremizmin Qərb üçün təhlükəsi nə dərəcədə böyükdür?

Cavab: Mən şəxsən fikirləşirəm ki, Birləşmiş Ştatlarda xristian militarizminin təhlükəsi daha böyükdür və əgər Federal Təhqiqatlar Bürosunun statistikasına baxsanız, bunu görmək olar. Təhlükə terrorizmin özüdür. Təhlükə ideologiyası və dinindən asılı olmayaraq, terror, siyasi dəyişiklik məqsədilə günahsız insanlara hücum edən ayrı-ayrı insanlardan gəlir. Bu hadisədə söhbət düşünmək qabiliyyətini itirmiş terrorçudan gedir. Silahlara nəzarətlə bağlı debatların nə qədər davam edəcəyini demək çətindir, çünki insanlar bir-biri ilə deyil, bir-birindən danışır.

Sual: Amerikada və yəqin ki Avropa yaşayan müsəlmanların çoxu belə bir hadisənin təkrar olunmaması üçün nə etmək lazım olduğu haqda düşünür. Müsəlman icmalarının belə hadisələrin təkrarlanmaması üçün rəsmilərlə əməkdaşlığının effektiv yolları hansılardır?

Cavab: Bu məgər özü-özlüyündə müsəlman icmasına aid məsələdirmi? Birləşmiş Ştatlarda hər bir kəs belə bir hücumun təkrar olmasının qarşısını almağa çalışmalıdır. Bunu təkcə müsəlman icması ilə bağlamaq onları hücumda günahlandırmaq deməkdir. Fikrimcə, onlar məscidlərdə daha çox ayıqlıq göstərməlidirlər və mənə elə gəlir ki, onlar bunu edir. Onlar ayıq olmalıdır, çünki belə hücumları həyata keçirməyə çalışan insanlar olacaq. Təəssüf ki, çox adam başa düşmür ki, günahsız insanları öldürmək qərarı verən radikal insan Birləşmiş Ştatlarda heç bir yerdə məscidlərdə vaxt keçirməyəcək. Problem budur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG