Accessibility links

Azərbaycan xarici işlər naziri ABŞ Dövlət katibinin köməkçisinin müavini ilə görüşüb


ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas Melia
ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas Melia

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov 4-5 dekabrdaİsveçrənin Bazel şəhərində keçirilən ATƏT-in 21-ci nazirlər şurasının iclasında iştirakı çərçivəsində ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melia ilə görüşüb.

Azərbaycan xarici işlər nazirliyinin mətbuat xidmətinin məlumatına görə görüş zamanı vətəndaş cəmiyyətinin inkişafı və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Məmmədyarov Azərbaycanda vətəndaş cəmiyyətinin dinamik surətdə inkişaf etdiyini, dövlət tərəfindən bu sahənin inkişafına hərtərəfli dəstək göstərildiyini və ardıcıl demokratik islahatların həyata keçirildiyini qeyd edib.

Məlumatda deyilir ki, insan hüquqlarından danışarkən Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ən əsas hüquqlarından məhrum olan və etnik təmizləməyə məruz qalan bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün pozulmuş hüquqlarının bərpa edilməsinə lazımı diqqət yetirilməsinin vacibliyini diqqətə çəkib. O əlavə edib ki, azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan hüquqlarının qorunmasına dair fundamental beynəlxalq sənədlərdə təsbit olunmuş ən ümdə hüquqları, o cümlədən yaşamaq hüququ kobud şəkildə pozulub.

Beynəlxalq ictimaiyyətin bu məsələdə fəal mövqe nümayiş etdirməli olduğunu deyən nazir ABŞ-ın azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqları məsələsinin müxtəlif formatlarda gündəmdə saxlanmasının münaqişənin həllinə töhfə verə biləcəyini deyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melianın görüşdə hansı məsələləri qaldırdığı barədə məlumat verməyib və bir dəfə belə onun sözlərinə istinad etməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG