Accessibility links

Toni Bleyer İraq müharibəsində "səhvə" görə üzr istəyib


Britaniyanın sabiq baş naziri CNN-ə müsahibəsində maraqlı etiraflar edib

Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer ABŞ-ın İraqa hərbi müdaxiləsi zamanı baş vermiş "səhvə" görə üzr istəyib.

CNN-ə müsahibəsində cənab Bleyer habelə bildirib ki, bu müdaxilə bu gün regionda hazırki münaqişələrin yaranmasına yol açıb ki, onlardan biri də İŞİD qruplaşmasının İraq və Suriyada nüfuzunu genişləndirməsidir.

"Əlbəttə, deyə bilmərik ki, 2003-cü ildə Səddamı hakimiyyətdən devirməklə bu gün 2015-ci ildəki vəziyyətə görə heç birimiz məsuliyyət daşımırıq" - deyə sabiq baş nazir bildirib.

"Kütləvi qırğın silahlarına dair qeyri-dəqiq məlumatın hərbi müdaxiləyə səbəb olmasına baxmayaraq, planlaşdırmada bəzi yanlışlıqlar və rejimi aradan qaldırandan sonra orada baş verəcək hadisələri anlamağa dair səhvlərimiz də olub" - deyən Bleyer müharibəyə tam üzr istəməyib.

Onun sözlərinə görə, Səddamı aradan qaldırdığımıza görə üzr istəmək çətindir. "Hətta 2015-ci ildə də onun orada olmaması, olmasından daha yaxşıdır," o bildirib.

İraqa müdaxilədə Britaniya ən çox qüvvə göndərən ikinci ölkə olub - 45 min. Onlar 150 minlik ABŞ qüvvəsi ilə yanaşı, 7 min əsgərlə təmsil olunan Avstraliya, İspaniya və Polşaya qoşulub.

Münaqişə zamanı 179 Britaniya əsgəri həlak olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG