Accessibility links

Tomris Azəri: "Amerikalılar deyir ki, uşağı övladlığa götürəndə onun vətəni də sənə artıq doğma olur"


Amerika-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri Azərbaycandan övladlığa uşaq götürən Amerika ailələrinin illik toplantısı haqda danışır

Bu ayın əvvəli Amerika-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Azərbaycan övladlığa uşaq götürmüş Amerika ailələrinin illik toplantısı keçirilib. Tədbirin təşkilatçılarından biri olan Amerika-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri Amerikanın səsinin suallarını cavablandırıb.

Uşaqlardan biri mənə yaxınlaşıb soruşdu ki, Tomris, Xocalı nədir
Tomris Azəri

Dilşad Əliyarlı: Tomris xanım, bu yaxınlarda sizin sədrlik etdiyiniz Amerika-Azərbaycan Cəmiyyətinin dəstəyi və köməyi ilə Orlando şəhərində Azərbaycandan övladlığa uşaq götürmüş Amerika ailələrinin illik toplantısı keçirilib. Tədbirə neçə ailə qatılmışdı, hansı şəhərlər və ştatlardan ailələr gəlmişdi, ümumiyyətlə tədbir necə keçdi?

Tomris Azəri: Biz artıq 11 ildir bu toplantını keçiririk. Təxminən 30 ailə yığışmışdı. İlk dəfə bu tədbirin keçirilməsinə 2001-ci ildə başlamışıq. Tennessi ştatında Neşfil şəhərində Azərbaycandan övladlığa uşaq götürmüş bir Amerika ailəsi var idi. İlk yığıncağı onlar keçirmişdi. Ötən il 10 illiyi də Neşfildə keçirdik. Uşaqlar gözümün önündə böyüyür, onlar azərbaycanlı olduqlarını bilirlər. Biz də bu yığıncaqda onlara Azərbaycan haqda məlumat verməyə çalışırıq. Bu il gördüm ki, uşaqlar Azərbaycan haqda daha çox məlumat almaq istəyirlər. Uşaqlardan biri mənə yaxınlışıb “Tomris, Xocalı nədir?” deyə soruşdu. Bunu eşidəndə başa düşdüm ki, uşaqlar artıq böyüyürlər və hər bir şeyi öyrənmək istəyirlər. Uşaqları yığdım və onların anlaya biləkcəkləri bir dildə Xocalıda 1992-ci ildə baş verənləri anlatdım. Mən bu uşaqları çox sevirəm. Onlar da məni sevir. Onların valiydenləri də Azərbaycanı sevir. Çalışıram ki, 2013-cü ildə yığıncağımızı Bakıda keçirək. Bu uşaqları vətənlərinə bir də götürüb Azərbaycanı onlara daha da çox sevdirmək istəyirəm.

please wait

No media source currently available

0:00 0:04:44 0:00
Direct link



Dilşad Əliyarlı: Tomris xanım, amerikalı valideynlər uşaqların Azərbaycanla əlaqələrinin davam etdirilməsi üçün nə edir,valiydenlərin nəyə ehtiyacı olur, sizə nə ilə müracitə edirlər? Onların Azərbaycana marağı hansı səviyyədədir?

Tomris Azəri: Biz ildə bir dəfə görüşmürük, həmişə onlarla xəbərləşirik. Bizim internetdə qrupumuz var. Onlara kitab, ya da istədikləri nəsə varsa göndəririk. Bu il və keçən il Azərbaycanda Ailə və Uşaq komitəsi, onun sədri Hicran Hüseynova uşaqlara kitablar və hədiyyələr, istədiklərimizi yollayır. İlboyu mən uşaqlar və valideynlərlə təmasdayam. Nə istəsələr, nə informasiya lazım olsa mən verirəm. Bilirsinizmi, onlar da Azərbaycanı sevir. Amerikalılar deyir ki, uşağı övladlığa götürəndə onun vətəni də sənə doğma olur. Onlar Azərbaycanın mədəniyyəti və tarixini daha yaxşı anlamaq istəyirlər. Keçən il bir ailə uşaqlarla birlikdə Azərbaycana səfər etdi. Hicran Hüseynova bu dəfə də onlara yardım göstərdi. Bütün ailələlər uşaqlarını götürüb onları andan olduqları vətənə aparmaq istəyir.

Dilşad Əliyarlı: Tomris xanım , uşaqlar Azərbaycanla bağlı nəyə maraq göstərir. Tədbirdə Azərbaycanla bağlı uşaqlara hansı məlumatları verdiniz?

Bu il yenə də Hicran xanım uşaqların hamısına hədiyyə göndərmişdi. Azərbaycan haqda kompakt disklər, kitablar, Azərbaycan bayraqları, papaqlar, bunların hamısını Bakıdan göndərmişdilər. Orlandoda bu dəfə vaxtımız çox oldu. Mən uşaqlara iki saat dərs verdim, sonra Azərbaycan haqqında film göstərdik. İnanın, uşaqlar təkrar-təkrar filmə baxmaq istəyirdilər, o qədər xoşlarına gəlmişdi. Mahnılar dinlədik. Uşaqlar indi böyüyblər, amma əvvəllər balaca olanda yadımdadır, “Cücələrim”i çox sevirdilər. Həmişə “Cücələrim”i çalırdıq , onlar da ortaya düşüb oynayırdı. Bu il də mahnını səsləndirdik, amma daha o qədər maraq göstərmədilər. Başqa mahnılar səsləndirdik. Onlar Azərbaycan musiqisini çox sevirlər.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG