Accessibility links

Azərbaycan diaspora nümayəndələri: ABŞ-Azərbaycan əlaqələrinin güclənməsini istəyirik


İradə Axundova və Tomris Azeri

İradə Axundova və Tomris Azeri

Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlılar prezident seçkilərini yaxından izləyir və seçki günü səsvermədə fəal iştirak edir.

Azərbaycan Amerika Cəmiyyətinin prezidenti Tomris Azəri 2016-cı il ABŞ seçkilərinin əvvəlki seçkilərdən fərqli olduğunu deyib və dəyişiklik istəyini ifadə edib.

Nə olacağını bilmirəm. Amma bir amerikalı azərbaycanlı kimi kim seçilirsə seçilsin, mən onu qəbul edəcəm və mənim prezidentim kimi ona baxacam.

“Bizim cəmiyyətdə bu haqda çox danışdıq. Xüsusilə də gənclərimiz dəyişiklik istəyirdi. Builki seçkilər bir az dəyişik seçkilər idi. Xalq da dəyişiklik istəyirdi, gənclər də. Mən özüm də dəyişik istəyirdim. Köhnə siyasətdən artıq yorulmuşuq. Köhnə rüşvətxorluq, saxtakarlıqdan artıq bezmişik. İstəyirik dəyişiklik olsun. Mən cəmiyyətin üzvlərinə heç bir şey demədim. “Özünüz kimi istəyirsiniz ona səsinizi ona verin. Biz heç bu haqda danışmadıq. İstəyirsiniz səsinizi Donald Trampa verin, istəyirsiniz Hillari Klintona. Amma mənim gördüyüm durum budur. Mən demək olar 50 ildir Amerikada səs verirəm. Mən Donald Trampı seçmişəm. Çünki onun bir qədər dəyişik ola biləcəyini düşündüm birincisi. İkincisi isə mən Respublikaçılar partiyasnın üzvüyəm. Partiya mənə demir ki, gərək səsini ona verəsən. Amma bu mənim seçimimdir. Dəyişiklik istədim, gələcəyimizə güvənlə baxmağımızı istədim. Nə olacağını bilmirəm. Amma bir amerikalı azərbaycanlı kimi kim seçilirsə seçilsin, mən onu qəbul edəcəm və mənim prezidentim kimi ona baxacam. Bütün üzvlərimiz də bunu bilir.”

Tomris Azeri and qubernator Kris Kristi ilə

Tomris Azeri and qubernator Kris Kristi ilə

Azərbaycan-Amerika əlaqələri diaspora ilə bağlıdır. Bunu mən həmişə demişəm, üzvlərimidə də, gənclərimizə də bunu başa salıram. Təbii ki bu, bizim əlimizdədir.

Tomris Azəri ABŞ-Azərbaycan münasibətlərinin gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

“Təbii ki ürəyi Azərbaycan üçün döyünən, qanı Azərbaycan qanı olan biri kimi mən istəyirəm ki, münasibətlər ən gözəl bir şəkildə olsun. Amma mən görürəm ki, bu, diasporumuzun güclü olmasından asılıdır. Diaspora üzvüyəm deyən hər bir nəfər öz konqresmeni daınşmalı olduğunu bilməlidir. Diaspora üzvləri arasında elə üzvlər var ki ingilis dilində danışmayıb, konqresmenini tanımır. Məncə, bunlar önəmlidir. Azərbaycan-Amerika əlaqələri diaspora ilə bağlıdır. Bunu mən həmişə demişəm, üzvlərimidə də, gənclərimizə də bunu başa salıram. Təbii ki bu, bizim əlimizdədir.”

Texas ştatında Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti və Azərbaycan Evinin direktoru İradə Axundova builki seçkilərdə əsas mövzulara diqqət çəkib.

“Builki seçkilər əvvəlkilərdən həqiqətən də fərqlidir. Xüsusilə də Texas bilirsiniz ki, respublikaçılar ştatıdır, amma burada da səslər tamamilə bölünüb. Amerikalılarla söhbətlərdə də onlar səslərini kimə verəcəklərini müəyyən etməyib. Mən amerikalılarla söhbətlər aparmışam, Klintonlarla görüşmüşəm. Mənim üçün Amerikanın yeni seçiləcək prezidentinin beynəlxalq məsələlərin həlli, başqa xalqla münasibəti, onların burada yaşamasına münasibəti, qadınlara münasibəti kimi məsələlər maraqlandırır. Təkcə mən deyiləm, Hyustyonda yaşayan başqa icmaların nümayəndələrini də bu suallar maraqlandırır.”

Mənim birinci sualım o oldu ki, bir amerikalı azərbaycanlı kimi bizim bir problemimiz var, bu da Qarabağ problemidir.

İrada Axundova Hillari Klintonla seçki kampaniyası zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və ABŞ-ın rolu ilə bağlı suallar verdiyini deyib.

İradə Axundova ABŞ-ın vitse-prezidenti Co Baydenlə

İradə Axundova ABŞ-ın vitse-prezidenti Co Baydenlə

Mən çox istəyirəm ki, seçdiyimiz yeni prezident Azərbaycanla Amerika arasında əlaqələrin daha da fəal və sıx olmasının tərəfdarı olsun.

“Klintonla görüşdə çox məmnun oldum ki, özümü təqdim edən kimi o dedi ki, Azərbaycanı tanıyır və Azərbaycan iki dəfə olub və Azərbaycan prezidenti İlham Əliyevlər görüşüb. Mənim birinci sualım o oldu ki, bir amerikalı azərbaycanlı kimi bizim bir problemimiz var, bu da Qarabağ problemidir və əgər siz gələcək prezident olsanız bu problemə necə həll edə bilərsiniz. Azərbaycanın torpaqlarının geri qaytarılmasında sizin bir prezident kimi rolunuz nə olacaq. O mənə dedi ki, bu, çox böyük bir problemdir və bu problemi belə asanlıqla həll etmək mümkün deyil. Amma o dedi ki, bu problemlə yaxşı tanışdır və Azərbaycanla bağlı gələcək planlarında, görüşlərində bu probelmin həll edilməsinə çalışacaq. Mənə belə bir cavab verdi. Mən çox istəyirəm ki, seçdiyimiz yeni prezident Azərbaycanla Amerika arasında əlaqələrin daha da fəal və sıx olmasının tərəfdarı olsun. Biz də azərbaycanlı amerikalılar kimi bu əlaqələrin daha da fəal və sıx olması üçün əlimizdən nə gəlirsə etməyə hazırıq.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Show comments

XS
SM
MD
LG