Accessibility links

Toni Bleyrin memuarı İraq müharibəsi ətrafında mübahisələri yenidən qızışdırıb


Britaniyanın keçmiş baş naziri Toni Bleyrin memuarı onun mürəkkəb irsi ilə bağlı mübahisələrin həllinə az kömək edə bilir

Britaniyanın keçmiş baş naziri Toni Bleyrin uzun müddətdir gözlənilən memuarı böyük populyarlıq qazanıb. Lakin onun İraqda müharibəyə başlama qərarına dair mübahisələr hələ də sakitləşməyib. Toni Bleyerin kitab turnesi planlaşdırılan kimi keçmir. Dublində cənab Bleyerə yumurta və ayaqqabılar atan nümayişçilər ölkəni müharibəyə sövq etdiyi və yeddi il sonra üzr istəmədiyinə görə qəzəblidirlər.

Toni Bleyr:"Həlak olan insanlar üçün necə təəssüf hissi keçirməmək olar? Bunu düşünməmək insanlıqdan kənardı. Lakin məndən soruşanda bu qərara görə peşmanlıq hissi keçirirəm, ya yox- bilirsiniz, mən deməliyəm ki, bütün məsuliyyəti öz üzərimə götürürəm, lakin mən bu qərara görə peşmanlıq hissi keçirmirəm."

Etiraz aksiyalarının sayı cənab Bleyeri Londonda kitab imzalama və nahar yeməyi planını ləğv etməyə məcbur edib. İmzalama və mərasimin nəzərdə tutulduğu gün tənha nümayişçi Con Hovsam deyib ki, keçmiş baş nazirin burada Britaniyada cüzi sayda pərəstişkarı var. Con Hovsam: "O yalan deməklə, çox sayda insanın ölümünə görə məsuliyyət daşıyır."

Antoni Seldon cənab Bleyr haqda iki kitab yazıb. O deyir ki, sabiq lider İraqla bağlı ictimai hiddətə görə təəcüblənməyəcək. Antoni Seldon: "Zənnimcə, o məyus olacaq, çünki o ümid edirdi ki, bu kitab ictimayətin İraqda müharibəyə dair qəzəbinə son qoyacaq."

Cənab Bleyr kitabından gələn gəlirin hamısını hərbi qüvvələrə xeyriyyə üçün ianə edir. Buraya avansla bir neçə miyon dollar daxildir. İraqa dair debatlara baxmayaraq, onun memuarı Britaniyada bestseller siyahısının zirvəsinə qalxıb. Cənab Bleyr Britaniyaya on illərlə rəhbərlik edib. O təkcə İraqda müharibə dövrü deyil, şahzadə Dayana vəfat etdikdən sonra və Şimali İrlandiyada sülhün bərqərar olduğu zaman hakimiyyətdə olub. O hal-hazırda Yaxın Şərq üzrə xüsusi nümayəndədir.

Antony Seldon: "Bizim vəzifədən gedib belə böyük rolda çıxış etmək istəyən bu cür başqa baş nazirimiz olmayıb."

Seldon cənab Bleyrin sadə insanların zövqündə olduğunu bildirir. Lakin tənqidçilər onu istehza ilə “prezident Buşun əlaltısı” adlandırıblar və o indi xaricdə Britaniyada olduğundan daha çox tanınıb.

Britaniyanın İraqda yüksək nümayəndəsi olmuş təqaüddə olan general-mayor Tim Kros cənab Bleyrin İraqa dair düzgün qərər verdiyini düşünür. Bu, İraqda sabitliyin əldə olunub -olunmamasından asılı olacaq. Ölkə təcavüzdən yeddi il sonra mübarizə apardığı bir vaxt, bəzi təhlilçilər cənab Bleyrin indi də İran haqda aqressiv danışmasından narahatdırlar.

Toni Bleyr: "Siz icazə verirsiniz ki, o insanlar nüvə silahı əldə etsinlər, ya yox? İndi mən bu suala “yox”cavabı verirəm. Mənim yerimdə olsaydınız, siz də eyni qərarı verməli olardınız."

Bəziləri üçün o müharibə cinayətkarıdır, başqaları üçünsə Britaniyanın boyük liderdir. Toni Bleyrin memuarı onun bu mürəkkəb irsi ilə bağlı mübahisələrin həllinə az kömək edə bilir.

XS
SM
MD
LG