Accessibility links

Brodvey müziklı Kinki Boots Amerika teatrında ən yaxşı musiqili tamaşa da daxil olmaqla, altı Toni mükafatının qalibi olub.

1980-ci illərin pop ulduzu Sindi Lauper Kinki Boots müziklinda ifasına görə qalib olmuşdu. Bu, onun ilk Broadway müziklı idi.

Britaniyada iflasa uğramış ayaqqabı fabrikinin aktrisalar üçün çəkmə düzəltməsindən bəhs edən eyniadlı filmə əsasən səhnələşdirilmiş müzikl bazar günü Nyu-Yorkda Radio City musiqi zalında keçirilən mərasim zamanı 13 mükafata nominasiya alıb.

Siqorni Veaver və Deyvid Hayd Pirsin iştirakı ilə Vanya and Sonia and Masha and Spike müzikli ən yaxşı musiqili tamaşaya görə Tony mükafatının qalibi olub.

Treysi Letts Virciniya Canavarından Kim Qorxur adlı müzikldə ifasına görə ən yaxşı aktyor kateqoriyasında Tony mükafatına layiq görülüb. Ən yaxşı aktrisa kateqoriyasında isə The Trip to Bountiful müziklindəkı roluna görə Siseli Tayson mükafat alıb.

Pippin müzikli bu janrın canalndırılmasına görə, tamaşada baş rolu ifa edən Patina Miller isə ən yaxşı aparıcı rola görə Tony mükafatına layiq görülüb.
XS
SM
MD
LG