Accessibility links

Azərbaycan Toğrul Nərimanbəyovun dəfnini yüksək səviyyədə təşkil edəcək


Toğrul Nərimanbəyov

Toğrul Nərimanbəyov

Rəssamın harada dəfni ilə bağlı ailəsində mübahisə yaranıb. Həyat yoldaşı Nərimanbəyovun Parisdə, qızı Bakıda dəfn olunmasını istəyir

Azərbaycan hökuməti Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyovun harada dəfn edilməsindən asılı olmayaraq dəfn mərasimini yüksək səviyyədə təşkil edəcək. Sadəcə, Fransa məhkəməsinin və ya onun ailəsinin yekun qərarını gözləyir. Bu barədə Amerikanın Səsinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti xalq rəssamının vətənində dəfn olunmasını istəyir. “Lakin dəfnin harada olması ilə bağlı Toğrul Nərimanbəyovun ikinci həyat yoldaşı ilə qızı arasında mübahisə yaranıb. Azərbaycan məhkəmənin yekun qərarını gözləyir”, - o qeyd edib.

Toğrul Nərimanbəyov iyunun 2-də Parisdə vəfat edib. O həm Azərbaycan, həm də Fransa vətəndaşıdır. Nərimanbəyovun həyat yoldaşı Parisdə, qızı isə Bakıda dəfn olunmasını istəyir. İyunun 18-də Paris məhkəməsi rəssamın Parisdə dəfni ilə bağlı qərar qəbul edib. Qızı məhkəmə qərarından apellyasiya verəcəyini bildirib.

İ.Hümbətov deyib ki, Azərbaycan məsələni diqqətdə saxlayır. Fransanın müvafiq orqanlarına lazımi sənədləri təqdim edib.
XS
SM
MD
LG