Accessibility links

Birləşmiş Ştatların Texas ştatında və Meksikada baş vermiş tornado və daşqınlardan sonra axtarış və bərpa işləri davam edir.

Texas ştatında daşqın nəticəsində 12 nəfərin yoxa çıxdığı bildirilir. Hyuston şəhərində yağıntıların səviyyəsi 25 santimetrə çatıb.

Texas və qonşu Oklahoma ştatlarında daşqın üç nəfərin ölümünə, azı 400 evin dağılmasına səbəb olub. Texas qubernatoru ştatın 37 dairəsində fövqəladə vəziyyət elan edib.

ABŞ sərhədi yaxınlığında yerləşən Meksikanın Siudad Akuna şəhərində baş vermiş tornado isə təxminən 13 nəfərin ölümünə, yüzlərlə evin dağılmasına səbəb olub.

Saatda 250 kilometr sürətə malik tornado şəhərin küçələrində bir neçə avtomobil və yük maşınını zədəlyib.

Xilasetmə dəstələri viran qalmış 750 evdə sağ qalanları axtarıb.

XS
SM
MD
LG