Accessibility links

ABŞ-ın daxili təhlükəsizlik naziri Oklahoma ştatına səfər edib


ABŞ Daxili Təhlükəsizlik naziri Canet Napolitano Mur şəhərində bərpa işlərinin vəziyyəti ilə tanış olmaq məqsədilə bu gün Oklahoma ştatına səfər edib. Bu şəhərdə tornado təxminən 24 nəfərin ölümünə, 240 nəfərin isə xəsarət almasına səbəb olub.

Axtarış və xilas əməliyyatları, zərərin qiymətləndirilməsi və federal yardım göstərən Federal Fövqəladə İdarəetmə Agentliyi Canet Napolitanonun başçılıq etdyii Milli Təhlükəsizlik Nazirliyinə aiddir.

Tornado ABŞ-ın mərkəzində yerləşən Mur şəhərinin böyük bir hissəsini dağıdıb. Sinoptiklər küləyin sürətinin təxminən saatda 322 kilometrə çatdığını deyib.

Şəhər yanğınsöndərmə idarəsinin başçısı sağ qalanların axtarışının dayandırılmayacağını və hər bir dağılmış binada azı üç dəfə təkrar axtarışların aparılacağını deyib.

Prezident Barak Obama Oklahomada fövqəladə vəziyyət elan edib. O deyib ki, Mur şəhərinin sakinləri bu faciə ilə tək başına mübarizə aparmayacaq, xilas və bərpa işlərində onlara lazımı kömək göstəriləcək.
XS
SM
MD
LG