Accessibility links

36-cı Toronto Beynəlxalq Film Festivalı (video)


36-cı Toronto Beynəlxalq Film Festivalı (video)
36-cı Toronto Beynəlxalq Film Festivalı (video)

Livan filmi hər il keçirilən 36-cı Toronto Beynəlxalq Film Festivalında ən yüksək tamaşaçı mükafatını qazandı. Toronto Beynəlxalq Film Festivalı ölkə daxilində olduqca tanınmış mərasim olduğundan ulduz kasatçılığı yox idi. Bred Pitdən tutmuş Corc Kluni və Rayn Qoslinə kimi son kinolarının premyerasına gələn bir çox məşhur qırmızı xalçanın üzərindən keçdilər. 65 ölkənin 250 filmindən hissələr on günlük mərasimdə nümayiş etdirilib. Bundan başqa mərasimdə müstəqil filmlər də nümayiş etdirilib. Kluni siyasi triler janrında “The Idea of March” filmininin rejissorudur.

36-cı Toronto Beynəlxalq Film Festivalı (video)
36-cı Toronto Beynəlxalq Film Festivalı (video)

O, həmdə filmdə prezidentliyə namizəd, Demokrat Mayk Moris rolunu oynayır. Qoslin filmdə Morisin mətbuat katibini oynayır. Film müasir Amerika siyasətində korrupsiyanı işıqlandırır. Mərasimdə Kluninin çəkildiyi başqa bir film, həyat yoldaşının onu başqası ilə aldatdığını öyrənən dul kişi obrazını yaratdığı “The Descendants” filmindən də fraqmentlər nümayiş etdirilib. “The Descendants” filmini “Sideways” filminin rejissor Aleksander Payn çəkib. Rayn Qoslin Nikolas Vindinq Refnin “Drive” surrialistik kriminal triller filmində də çəkilib. Bred Pit Torontoya özünün “Moneyball”, beyzbol dramma filmini nümayiş etdirməyə gəlib. Filmin ssenari müəllifi Aaron Sorkindir və bu film festivalın ən yaxşı filmi hesab edilir. Bu filmlərin əksəriyyəti növbəti bir neçə ayda ölkədaxili və beynəlxalq kino teatrlarda ən çox izlənilən filmlər olacaq. Lakin Toronto yalnız böyük büdcəli, məşhur ulduzların çəkildiyi filmlər üçün keçirilmir. Burada Oskar nominasiyaları üçün nəzərdən keçirilən kiçik filmlər də nümayiş etdirilir.

36-cı Toronto Beynəlxalq Film Festivalı (video)
36-cı Toronto Beynəlxalq Film Festivalı (video)

Bu filmlərdən biri Toronto People’s Choice mükafatı almış Fransa-Livan istehsalı olan “Where Do We Go Now” filmidir. Film “Lysustrata” adlı qədim Yunanıstan komediyasının müasir variantıdır. Bu film Yaxın Şərqdə müharibə nəticəsində dağılmış kəntdə birləşərək ərlərini müharibəni dayandırmağa çağıran bir qrup müsəlman və xristian qadınlara həsr olunub. Toronto Festivalında haqqında indidən OSCAR söz-söhbətləri başlayan digər bir kino isə “A Seperation” yəni “Bir Ayrılıq” adlı İran kinosudur. Bu kino əri və qızı ilə xaricə mühacirət etmək istəyən ancaq əri buna razılıq vermədiyi üçün ondan boşanmağa çalışan qadın haqqındadır. Hələ ki, Oskar mükafatının qalibləri müəyyən edilməyib və hələ ki, Toronto festivalının əsl qalibləri tamaşaçılardır. Biz tamaşaçılar yeni çəkilən, yaxşı gülüş, gərgin, qorxulu və ağladan səhnələrlə dolu filmlərə baxmaqdan həzz alırıq.

XS
SM
MD
LG