Accessibility links

Kanadada sərnişin qatarını partlatmağa cəhd edənlərə qarşı ittihamlar irəli sürülüb


Kanada rəsmiləri Əl-Qaidənin qatar sərnişinlərinə qarşı planlaşdırdığı terrorçu hücumu həyata keçirməyə cəhd edən iki şəxsi həbs edib.

Kanada polisi şübhəli şəxslər-Çiçeb Esseqhaier və Raed Caserin Montreal və Toronto şəhərlərindən olduğunu deyib.

Onlar terrorçu hücumu həyata keçirmək və insanları qətlə yetirmək üçün plan hazırlamaqda təqsirli bilinirlər.

Təhqiqatçılar hər iki şəxsin Torontoda sərnişin qatarlarını hədəf aldıqlarını deyib.

Həbs edilən şəxslər Kanada vətəndaşı deyil. Lakin onlar uzun müddətdir Kanadada yaşayır.

İran bu hücum cəhdi ilə əlaqəsi olduğunu inkar edir.
XS
SM
MD
LG