Accessibility links

İnqilabçı-marksist Trotskinin İstanbuldakı evi satışa çıxarılıb


İnqilabçı-marksist, sovet siyasətçisi v 1917-ci il inqilabının qəhrəmanı Leon Trotskinin İstanbuldakı evi satışa çıxarılıb.

Əmlakın hazırkı sahibi olan Hanifi ailəsi ev üçün 4,4 milyon dollar istəyir və evin yeni sahibi üçün Trotskinin adının saxlanması şərtini irəli sürür. Evin sahibi Türkiyənin Mədəniyyət və Turizm nazirliyinin əmlakı alıb muzeyə çevirməsini istəyirdi.

Leon Trotski

Leon Trotski

Üç mərtəbəli ev və 3,600 kvadrat metr sahəsi olan bağ İstanbulun Böyükadasında yerləşir. Evin 18 otağı və beş hamam otağı var. Ən başlıcası isə evdən dənizə gözəl görünüş açılır. Evin köhnə olmasına baxmayaraq, balıqlar üçün təbii hovuz hələ də qalır.

Trotski 1929-cu ildə o zaman Sovet İttifaqının lideri İosif Stalin tərəfindən ölkədən çıxarılmışdı. O, ikinci evlilikdən həyat yoldaşı, bir nəvəsi və dörd cangüdəni ilə dörd il Böyükadada yaşayıb.

Leon Trotski 1940-cı ildə Meksika paytaxtında hücum nəticəsində aldığı ağır yaralardan ölmüşdü.

XS
SM
MD
LG