Accessibility links

Total Azərbaycanda iri qaz yatağı aşkarlayıb


Total Azərbaycanda iri qaz yatağı aşkarlayıb
Total Azərbaycanda iri qaz yatağı aşkarlayıb

Hazırda quyunun dərinliyi 6550 metrə çatıb. Daha dərin qatların kəşfiyyatı məqsədilə qazıntı işləri davam etdirilir (layihə dərinliyi 7000 metrdir - red.). Daha sonra quyuda mümkün layların həcmini təsdiq etmək üçün yoxlama aparılacaq.

Fransanın Total neft şirkəti Xəzərin Azərbaycan sektorunda “Abşeron” blokunda iri qaz yatağı aşkarlayıb. Bu barədə Total şirkəti saytında məlumat yayıb.
“Bu yataq ehtiyatlarla zəngin ola bilər”, - deyə şirkətin kəşfiyyat üzrə icraçı vitse-prezidenti Mark Blayzotdan (Marc Blaizot) bildirib.
Kəşfiyyatın ilk nəticələri quyunun bir neçə milyon kub fut qaz və kondensat potensialı olduğunu təsdiq edir. Hazırda quyunun dərinliyi 6550 metrə çatıb. Daha dərin qatların kəşfiyyatı məqsədilə qazıntı işləri davam etdirilir (layihə dərinliyi 7000 metrdir - red.). Daha sonra quyuda mümkün layların həcmini təsdiq etmək üçün yoxlama aparılacaq.
Abşeron bloku Bakıdan 100 kilometr aralıda, 500 metr dərinlikdə yerləşir. Bu kəşfiyyat quyusunun qazılmasına 14 yanvar 2011-ci ildə Danimarkanın Maersk şirkəti tərəfindən başlanıb.
Bu gün prident İlham Əliyev Total şirkətinin baş vitse-prezidenti Maykl Borrelli qəbul edib.

Cənab Əliyev Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” blokunda iri qaz yatağının kəşf edilməsini ölkənn həyatında əlamətdar hadisə kimi dəyərləndirib.

“Yeni qaz yatağının kəşf olunması dünyanın ən böyük qaz istehsal edən ölkələr sırasında Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək. Bu əlamətdar hadisə Azərbaycanın neft və qaz potensialının indiyəcən təsdiqlənmiş ehtiyatlardan qat-qat çox olduğunun növbəti əyani sübutudur”, - deyə o qeyd edib.

Fransanın Total şirkəti Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir. Layihədə 40% şirkətə məxsusdur, daha 40% Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ), 20% Fransanın Gaz de France SUEZ şirkətinə məxsusdur.

XS
SM
MD
LG