Accessibility links

Toyota 3 milyon avtomobili geri çağırır


Yaponiyanın Toyota Motor şirkəti dünya boyu 3 milyona yaxın avtomobilini arxa oturacaqda təhlükəsizlik kəmərinin qüsurlu olduğu üçün geri çağırıb.

Şirkətin sözçüsü bildirib ki, Birləşmiş Ştatlar və Kanadada baş verən qəzadan sonra onlar kəmərlərin nöqsanlı olduğu qənaətinə gəliblər.

Şirkət problemlə bağlı ölüm halları və ya xəsarət barədə heç bir açıqlama verməyib.

Şimali Amerikada geri çağrılan avtomobillərin sayının 1,3 milyon olduğu deyilir.

XS
SM
MD
LG