Accessibility links

Toyota 7.4 milyon avtomobili geri çağırır


Toyota şirkəti dünya üzrə 7.4 miliyon avtomobilini geri çağırır. Problem bir neçə modelə aid avtomobildə şüşəqaldıran düymənin qısaqapanma nəticəsində yanğına səbəb olmasıdır.

Bu gün Yaponiya avtomobil şırkəti bildirib ki, sürücü tərəfində yerləşən elektron şüşəqaldıran düymə istehsal zamanı bərabər şəkildə yağlanmadığı üçün sürtünməyə və bəzi hallarda tüstüyə səbəb olur.

2005 və 2010-cu illər arasında istehsal olunan Toyotanın 14 modelində mövcud olan bu qüsura görə indiyə qədər qəza və yaralanma halları qeydə alınmayıb. Qüsurlu maşınların sırasında məşhur Camry və Corolla, həmçinin Yaris, Matrix, Rav4 modelləri var.

Birləşmiş Ştatlardan təxminən 2.5 milyon avtomobil geri çağırılacaq. Digər 2.8 miliyon avtomobil Avropa və Çindən qayıdacaq. Zərərə məruz qalmış digər avtomobillər isə Yaponiya, Kanada, Avstraliya və Yaxın Şərq ölkələri də daxil olmaqla dünyanın digər yerlərinə səpələnib.

Bu, 2009-cu ildə Toyotanın reputasiyası, etibarlılığı və təhlükəsizliyinə dəyən ziyandan sonra qeydə alınan ən son geri çağırışdır.

Çərşənbə günü Toyotanın səhmləri 1.9 faizə enib.
XS
SM
MD
LG