Accessibility links

Dörd məşhur yapon avtomobil şirkəti 3.4 milyon avtomobili geri çağırır


Dörd məşhur yapon avtomobil şirkəti dünya boyu təxminən 3.4 milyon avtomobili hava-yastıqlarında mümkün problemlər ucbatından geri çağırır.

Bu gün Toyota, Nissan, Honda və Mazda şirkətlərinin hər biri ayrılıqda sərnişin tərəfdə qeyri normal şişmənin avtomobillərin geri çağırılmasına səbəb olduğun deyib.

Şirkətlər Yaponiyanın avto hissələr istehsal edən Takata şirkəti tərəfindən hazırlanmış nasaz hava yastıqlarının partlaya və ya yanğına səbəb ola biləcəyini deyib. Lakin indiyədək ölüm və ya xəsarət faktı barədə məlumat verilməyib.

Toyota şirkəti 1.7 milyon "Tundra" və "Corolla" model avtomobilini geri çağırır.

Honda, 1.1 milyon "Civic" və "Odyssey" model avtomobilini geri çağırır.

Nissan hava yastıqlarında nasazlığın təkcə 2000-2004-cü illərdə 480,000 avtomobildə müşahidə edildiyini deyib. Mazda isə 45,000 avtomobil geri çağırır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG