Accessibility links

Yapon avtomobil istehsalçısı Toyota gələn ildən etibarən havaya tullantılar atmayan və hidrogen yanacaqla işləyən maşınların satışa buraxılacağını açıqlayıb.

Cəmi bir neçə yüz həcmdə istehsal ediləcək avtomobillərin qiymətinin baha olacağı bildirilir. Toyota şirkətinin mühəndisi Yoşikazu Tanaka bu gün Tokioda keçirilən mətbuat konfransında bu tipli maşınların “gələcəyin avtomobili” olacağına inandığını deyib.

Dörd qapılı Toyota Mirai-nin bazarda qiyməti 57 min 600 ABŞ dolları olacaq.

Yeni istehsal ediləcək avtomobillər sıxılmış hidrogen qazı ilə işləyəcək. Sıxılmış hidrogen Mirai avtomobilinin altında yerləşən iki benzin bakında saxlanacaq.

Hidrogen qazının istehsalı və germetikləşdirilməsində mədən yanacaq növündən istifadə edilməsinə baxmayaraq, bu avtomobillər ətrafa çirkli tullantılar atmır.

Avtobili sahibləri isə bu tipli yanacaq tapmalı olacaqlar. Müxtəlif ölkələrin hökümətlərinin hidrogen yanacaq doldurma məntəqələrinin salınması üçün subsiyadiyalar ayırmasına baxmayaraq, hələlik bütün dünyada belə çox az sayda yanacaq doldurma stansiyası var .

Toyota bildirir ki, bu maşınlar Yaponiyada dekabrın 15-dən etibarən, ABŞ və Avropada isə 2015-ci ilin yarısından sonra satışa çıxaracaq. Honda və Hundai şirkətləri də yeni tipli yanacaqla işləyən az sayda avtomobillərin satışını həyata keçirir.

Toyota Motor Corp şirkəti Yaponiyada 400, digər ölkələrdə isə cəmi 300 avtomobil satacağına ümid edir.

Bu avtomobillərin satışı avtomobil istehsalçılarının qiymətləri endirib-endirməyəcəyi və daha çox yanacaq doldurma məntəqələrinin inşa edilməsindən asılı olacaq.

Satışlar belə görünür, daha çox hidrogen yanacaq məntəqələrinin olduğu şəhərlərlə məhdudlaşdırılacaq.

XS
SM
MD
LG