Accessibility links

Qismən iflic olan insanların yeriməsinə kömək etmək üçün Tokioda robot cihaz kəşf edilib.

Toyota avtomobil istehsalçısı və Fujita Sağlamlıq Universitetindən mütəxəssislər tərəfindən düzəldilən cihaz motorlu mexaniki çərçivədən ibarətdir və insanın dizindən aşağıya yerləşdirilə bilir.

Bu cihazı geyinən pasientlər sonra onların çəkilərini kömək edəcək xüsusi qaçış trinajorunda yeriməyi sınaqdan keçirə bilər.

Beyinə qan sızma və ya digər ciddi xəstəliklər səbəbindən bir tərəfi iflic olmuş xəstələr bu cihazı bir ayaqlarına geyinə bilməsi üçün dizayn edib.

Toyota şirkətinə istinadən bu ilin sonu 100 ədəd cihaz Yaponiyada tibb müəssisələrinə kirayə veriləcək.

Yaponiya avtomobil istehsalçıları həm fabrik həm də digər məqsədlər üçün robot cihazlar istehsal edir. Hondanın Asimo humanoid cihazı qaça, rəqs edə, içki süzə və insanla söhbət edə bilir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG