Accessibility links

Keçən ay 7.4 miliyon avtomobilin avtomatik şüşəqaldıran düymənin nasazlığı səbəbindən geri çağırılıb

Toyota şirkəti dünya üzrə 2.7 miliyon avtomobili sükan sistemində və su nasorunda aşkar edilən nasazlığa görə geri çağırır. Bu dünyanın nəhəng avtomobil şırkətininbir neçə ay ərzində atdığı ikinci belə addımdır.

Yaponiyanın nəhəng avtomobil şirkəti bir saat ərzində təmir oluna biləcək nasazlığa görə heç bir yol-nəqliyyat hadisəsinin qeydə alınmadığını bildirib.

Məhşur “Prius hybrid” modelinin ikinci nəsli də daxil olmaqla şirkətin 14 modelində qüsur aşkar edilib. “Carolla”, “Wish” və 2000-2011-ci illər arasında istehsal olunmuş digər avtomobillərin də nasaz olma ehtimalı var.

Nazas avtomobillərin 1.5 milyonu Yaponiyada, digər nasaz modellər isə müxtəlif xarici ölkələrdədir. Bu avtomobillərin 67 mini ABŞ-da, 496 mini isə Avropadadır.

Keçən ay 7.4 miliyon avtomobilin avtomatik şüşəqaldıran düymənin nasazlığı səbəbindən geri çağırlımasından sonra bu, Toyota şirkətinin qarşılaşdığı daha bir çətinlikdir.

2009-2011-ci illərdə bəzi modellərdə sürətin gözlənilmədən özü-özünə artmasına görə baş verən kütləvi geri çağırma Toyotanın imicinə zərbə vurub.
XS
SM
MD
LG