Accessibility links

Təbrizin Traktorsazi komandasının yeni baş məşqçisi Rəsul Xətibi İran mediasına müsahibədə hakimiyyət orqanları, o cümlədən İran polisi və özəl qvardiya tərəfindən komandanın azarkeşlərinə qarşı tətbiq edilən basqılara etiraz bildirib.

Varzesh 3 veb səhifəsinin yazdığına görə, təbrizli məşqçi İran polisinin Təbrizdəki məsullarını sərt şəkildə tənqid edib.

“İranın heç bir komandası stadionlara Traktorun gətirdiyi qədər azarkeş gətirə bilmir. Daha çox azarkeş gəlmək istəyir. Bütün dünyada azarkeşi stadiona çəkmək üçün yalvarırlar, ancaq, Təbrizdə onların gəlməsi istənilmir. Tərəfdar qapıdan içəri girdiyi andan etibarən təzyiqlərlə üzləşir, azarkeşlik enerjisini çıxara bilmir, başını dərdə salmamaq üçün həmişə davranışına diqqət etməli olur,” deyə Rəsul Xətibi Varzesh 3 ilə söhbətdə bəyan edib.

Xətibinin sözlərinə görə, bəlli olmayan səbəblər üzündən Traxtor tərəfdarlarına stadiona yazılı plakatlar və ya sevdikləri oyunçuların simvolunu gətirməyə icazə verilmir.

İran milli futbol komandası və Traxtor klubunun sabiq oyunçusu həmçinin İran polisi, özəl qvardiya və digər əlaqədar orqanlara müraciət edərək Traxtor tərəfdarları ilə yaxşı davranmalarını xahiş edib.

“Mən polis, özəl qvardiya və əlaqədar bütün orqanların məsullarından rica edirəm, lütfən əmrinizdəki məmurlara Tərəfdarların klub üçün nə qədər dəyərli olduğunu xatırladın!.. Onlar bu klubu sevir və klub onların sayəsində ayaqdadır. Traktor tərəfdarları suçlu deyillər...,” deyə Rəsul Xətibi əlavə edib.

XS
SM
MD
LG