Accessibility links

Dünyada hər il 1 milyon 200 minə qədər insan avtomobil qəzalarında ölür [Video]


Dünyada minlərlə insan yol təlhükəsizliyi ilə bağlı yığıncaqlar və yürüşlər keçirir. May ayı Gənclərin Qlobal Yol Hərəkəti Təhlükəsizliyi ayıdır.

Dünya boyu nəqliyyatın ən sıx olduğu yollarda insanlar bir-birini yola verməyə çalışır. Kamboca, Hindistan və Tanzaniyada velosipedçilərlə piyadalar sürücülərlə rəqabətdədirlər.

Hər il dünyada yol qəzalarında 1.2 milyon insan ölür. Cənubi Afrika dünyada ən çox yol qəzası baş verən ölkədir ki, bu səbəbdən ölkədə hər gün 40-a qədər insan ölür. Nelson Mandelanın nəticəsi Zanani Mandela 3 il bundan əvvəl, Dünya Çempionatı zamanı avtomobil qəzasında ölüb.

Yol hərəkəti təhlükəsizliyi “Qısa-Uzun Gəzinti” adlı yürüş Vyetnamdan tutmuş, dünyanın bir sıra başqa ölkələrinədək keçirilir. Zanani Mandelanın əmisi Kveki Mandella Vaşinqton şəhərindəki yürüşə qoşulub. “Biz gələcəkdə insanların həyatını xilas etmək və bu sahədə onları məlumatlandırmaq istəyiriksə, bunu etməliyik. Biz bunu Zanani xatirəsi üçün etdik” deyə, Kveki Mandella bildirir.

Bir neçə il bundan əvvəl avtomobil qəzası keçirmiş Volker Kristen yenidən maşın sürmək öyrənir. O, insanlara təhlükəsiz sürməyin nəticələrinin necə olduğunu çatdırmaq istəyir. “İnsanlar xəsarət alır və ağrı çəkir. Mən baş verənlərdən çox qorxmuşam və indi yenidən sürməyi öyrənirəm. Mən hər dəfə bir qəza görəndə çox narahat oluram.”

Birləşmiş Ştatların nəqliyyat naziri Rey Lahud ölümlərə yeni səbəblərin də olduğunu deyir. “Sürücülərin 86 faizi kəmər taxır, lakin qəzalar əsasən maşın sürərkən tekst yazmaq, mobil telefonla danışmaq səbəbindən baş verir.”

Birləşmiş Ştatlarda keçən il avtomobil qəzası səbəbindən ölənlərin sayı çox olub. Lakin bu rəqəm artmaqdadır və hələn 10 il ərzındə, hər il qəza səbəbindən ölənlərin sayının 2 milyona çatacağı gözlənilir. Buna görə də gənclər və yeniyetmələrə mesajın çatması çox mühümdür.

4 yaşlı Kayran Zarr bu barədə çox şey bilir. Kay deyir ki, küçəni keçərkən yanındakı böyüyün əlindən tutmalısan. Kayın atası Robert Zarr: “Təhlükəsizlik mədəniyyəti nə qədər erkən aşılansa, bir o qədər adət şəkilni alır.”

Gələcəkdə isə bu adətlər onların öz övladlarına keçir.
XS
SM
MD
LG