Accessibility links

Ermənistan oyunçusu Traktora qatılmayacaq


Təbrizin "Traktorsazi" komandasının Ermənistan Milli Yığmasının oyunçusu Varazdat Haroyanı transfer etməkdən boyun qaçırması İran mediasının gündəmindədir. Oyunçunun Təbriz komandasına gəlişi haqda söz-söhbət sosial şəbəkələrdə geniş mübahisələrə yol açıb.

İran xəbər agentlikləri, o cümlədən İSNA-nın yaydığı məlumata görə, "Traktorsazi" klubunun prezidenti Mustafa Acurlu iyunun 6-da Haroyanla müqavilə bağladığını açıqlasa da, bir gün sonra transfer məsələsinin ləğv edildiyini bildirib.

“Mən Traktoru çempion etmək və bunun üçün bütün şərif türkləri Traktor ətrafında birləşdirmək üçün Təbrizə gəlmişəm,” deyə Acurlu transferin ləğvi haqda bəyanat verib.

Mən Traktoru çempion etmək və bunun üçün bütün şərif türkləri Traktor ətrafında birləşdirmək üçün Təbrizə gəlmişəm.
Mustafa Acurlu, Traktorsazinin baş məşqçisi

İnternet qəzetlərinin bildirdiyinə görə, Acurlu Traktor azarkeşlərinin etirazları ilə qarşılaşdıqdan sonra qərarını dəyişib.

Sosial şəbəkələrin bəzi iranlı istifadəçiləri Varazdat Haroyanın transferindən imtina edilməsinin irqçilik kimi qiymətləndiriblər. Traktor tərəfdarları və türk fəallar İran ermənisi Andranik Teymuryanın Traktor üçün oynadığı zaman azarkeşlər tərəfindən sevildiyini önə çəkərək irqçilik ittihamını rədd edirlər.

Ankara Universitetinin tələbəsi Nasir Əlizadə bu xususda belə yazıb:

Hakim Fəğani Traktorsazi oyunçusu Andranik Teymuryana qırmızı kart verir.
Hakim Fəğani Traktorsazi oyunçusu Andranik Teymuryana qırmızı kart verir.

“Bu oyunçunun alınması heç bir dərdə dərman olmamaqla birlikdə, Ermənistan və Azərbaycan toplumları arasında da yaxınlıq yaratmazdı. Bu sadəcə kiçik mənfəətlər üçün işğal və işğalçılığın unudulması anlamına gələrdi. Ayrıca, etiraz irq məsələsi deyil. Bu, işğalçılığa yox deməkdir. Bundan öncə erməni Andranik Teymuryan heç problem yaşamadan və hətta geniş şəkildə sevilərək Təbrizdə futbol oynayıb.”

Haroyan keçmişdə Yerevanın "Pyunik" komandasında mərkəz-müdafiəçi qismində oynayıb.

"Traktorsazi" ilə müqavilə ləğv edildikdən sonra Haroyanın Məşhədi təmsil edən "Padideh" komandasında oynayacağı deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG