Accessibility links

Tıraxtor tərəfdarları: Qızlar da gəlsin!


İranda yaşayan Azərbaycan türklərinin idman sahəsində kimlik simvoluna çevrilən Təbrizin Traktörsazi komandasının ilk dəfə olaraq Asiya Çempionlar Liqasının oyunlarına qatılması klubun azarkeşləri və Azərbaycan gəncləri arasında xüsusi həyəcan və hərəkətliliyin yaranmasına səbəb olub.

Tıraxtorun Asiya liqasında ilk matçı fevralın 26-da Birləşmiş Ərəb Əmirliklərinin Əl-Cəzirə komandası ilə olacaq. Tərəfdarlar Azərbaycan şəhərləri və ictimai şəbəkələrdə posterlər və elanlar yayaraq, əhalinin geniş şəkildə stadiona gəlməsini istəyib. Azarkeşlərin saytları və facebook səhifələrində həmçinin İranda qadınların stadionda futbola tamaşa etməsinə qadağaya etiraz olaraq, “qızlar da gəlsin” şuarı ilə qadınların stadionun ətraf təpələrinə gəlib oradan futbolu tamaşa etməsinə dair çağırışlar yayılıb.

İranda qadınların futbol oyunlarına tamaşa etmək üçün stadiona getməsinə qoyulmuş qadağaya ilk ictimai etiraz 2010-cu ilin aprelində Tıraxtur fanatları tərəfindən həyata keçirilmişdi.

İnsan haqları qruplarının yaydığı hesabata görə, 2010 ilin aprelin 16-da çoxu qadın olmaqla Təbrizin Səhənd stadionu ətrafındakı təpələrdən matçı tamaşa edən 25 azərbaycanlı nəzarət altına alınıb, saatlarla sorğu-sualdan sonra sərbəst buraxılıblar.
XS
SM
MD
LG