Accessibility links

“Traktor”un 25 azarkeşi saxlanıb


Tebriz Traktor
Tebriz Traktor

Onlar komandanın yeni məşqçisini istəmir

İranın Qərbi və Şərqi Azərbaycan vilayətlərində kütləvi həbslərin həyata keçirilməsi ilə bağlı məlumat yayılıb.

APA agentliyinin məlumatına görə, Təbriz və Urmiya şəhərlərində futbol üzrə ölkə çempionatında mübarizə aparan “Traktor” komandasının 25 azarkeşi saxlanılıb. Buna səbəb onların öz etirazlarını bildirmələri üçün “Traktor” klubunun prezidentinin telefon nömrəsini yerli sakinlərə SMS vasitəsilə göndərmələridir. Belə ki, bir müddət əvvəl komandanın baş məşqçisi postundan uzaqlaşdırılan Məcid Cəlali yenidən komandanın başına gətirilib. Azarkeşlər isə bununla razılaşmırlar və portuqaliyalı məşqçi Toninin (Antonio Jose Konseçao Oliveyra) komandanın başına gətirilməsini istəyirlər.
XS
SM
MD
LG