Accessibility links

İran parlamenti "Traxtor qalmaqalı"nın müzakirəsini davam etdirir


Hakim Fəğani Traktorsazi oyunçusa Andranik Teymuryana qırmızı kart verir

Hakim Fəğani Traktorsazi oyunçusa Andranik Teymuryana qırmızı kart verir

Millət vəkilləri İran Futbol Federasiyasından açıqlama tələb edir

İran xəbər agentliklərinin yaydığı məlumata görə, mayın 15-də Təbriz stadionunda baş verən və “dünya futbol tarixində bənzəri görünməyən rüsvayçılıq” kimi dəyərləndirlən hadisələr hələ də İran İslami Şura Məclisinin gündəmindən düşməyib.

“Millət vəkillərinin qalmaqallı Traktorsazi-Neft oyununa dair həssaslığı davam edir. Onlar Futbol Federasiyası rəsmilərindən açıqlama tələb edirlər,” deyə bildirən yarı-rəsmi Fars xəbər agentliyi deputatların suallarına cavab vermək üçün federasiya məsullarının bazar günü iyunun 21-də məclisdə ifadə verdiklərini qeyd edib.

Baş məşqçi Antonio Oliveyra ilk başda Traktorsazinin çempion olduğunu zənn edirmiş

Baş məşqçi Antonio Oliveyra ilk başda Traktorsazinin çempion olduğunu zənn edirmiş

Media, futbol ekspertləri, bir neçə millət vəkili və Traktorsazi komandası məsullarının fikrincə, ötən may ayının 15-də Təbriz stadionunda Traxtor-Neft matçı zamanı Traktorsazi klubuna yalan məlumat verilməsi, şübhəli hakim qərarları, eləcə də stadionunda internet, TV, radio və telefon əlaqələrinin kəsilməsi kimi olaylar Traktorsazinin çempion ola bilməməsinə yol açıb.

“Millət vəkillərinin federasiya məsullarına verdikləri sualların çoxu qalmaqallı oyunun hakimi Əlirza Fəğaninin şübhəli rəyləri ilə bağlı olub. Bu suallara Federasiyanın Hakimlər Komitəsi başqanı Firudin İsfahaniyan cavab verib,” deyə Fars-ın saytında qeyd edilib.

Xəbər agentliyi İsfahaniyanının açıqlamalarının məzmunu və bu açıqlamaların millət vəkilləri tərəfindən qəbul edilib-edilməməsi ilə bağlı məlumat verməyib.

"Traktorsazi-Neft matçının hakimi səhvini qəbul edir."

Bank Varzesh adlı internet qəzeti yazıb ki, parlamentdə olan Hakimlər Komitəsi başqanı Traktorsazi-Neft matçının hakimini dəstəkləyib, amma onun həmin matçda bəzi səhvlərə yol verdiyini də ifadə edib. “Fəğani özü səhvlərə yol verdiyini qəbul edərək Traktosazi azarkeşlərindən üzr istəyib,” deyə internet qəzetin İsfahaniyanın sözləri istinadən bildirib.

Təbriz stadionunda baş verən hadisələr haqqında açıqlama vermək üçün parlamentə çağırılan İran Futbol Federasiyası rəsmilərindən bir neçəsi iclasda iştirak etməyib.

XS
SM
MD
LG