Accessibility links

Tramp administrasiyası və azad ticarət [Video]


Azad ticarət və ya başqa sözlə desək, çox az sayda məhdudiyyətlər və aşağı tariflərin yer aldığı beynəlxalq ticarət yeni Tramp administrasiyasının hakimiyyəti dövründə problemlərlə üzləşə bilər. Trans Sakit Okean Tərəfdaşlığı razılığı Konqresdə artıq demək olar ki dayandırılıb. 1994-cü ildə imzalanmış NAFTA razılğının şərtləri isə yenidən razılaşdırıla bilər. Vaşinqtonun avropalı tərəfdaşları da TTIP, yəni Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığınında sonunun yaxınlaşdığından narahatdır. Təhlilçilər ticarət əleyhinə əhval-ruhiyyənin artmasında səs-küylü seçki mövsümü zamanı aparılan mühafizəkar ritorikanı günahlandırır.

Bizim Çini təhdid edə biləcəyimizi, amma Çinin bizi təhdid edə bilməyəcəyini düşünmək, fikrimcə, böyük sadəlövhlükdür.

Dünya iqtisadiyyatının 40 faizini təşkil edən 12 ölkə arasında əldə olunmuş azad ticarətə dair Trans Sakit Okean Tərəfdaşlığı razılığı dayandırılır. Avropalı tərəfdaşlar isə qorxur ki, Donald Tramp administrasiyası dövrü ABŞ-la əldə oluna digər bir razılıq da risk altında ola bilər.

“Biz nə olacağını bilmirik. Ancaq Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığınının dayandırılıcağına, bu razılığın yeni administrasiya üçün prioritet məsələ olmayacağına dair əsaslı səbəblər var.”

Seçki kampaniyası zamanı yeni prezident seçilmiş Donald Tramp milyonlarla amerikalının iş yerlərini itirməsinə səbəb olduğunu iddia etdiyi NAFTA kimi “pis razılıqları” ləğv edəcəyini deyib. Lakin siyasi ekspert Bill Qalston deyir ki, qüsurlarına baxmayaraq NAFTA ABŞ-ın avtomobil sənayesinin dünyada ən rəqabətli sənaye sahəsinə çevirən kontinental təchizat zəncirinin yaranmasına kömək edib.

“Bu münasibətin kəsilməsinin ciddi nəticələri ola bilər. Mən bunun avtomobil sənayesindəki iş yerlərini Birləşmiş Ştatlara qaytaracağından əmin deyiləm.”

Yaponiyada yerləşən Templ Universitetinin nəzdində fəaliyyət göstərən Asiya Araşdırmalar institutunun direktoru Cef Kinqston deyir ki, xüsusilə də Asiyadakı ticarət razılıqlarının ləğv edilməsi artıq itirilmiş bir fürsətdir.

“Asiyada artıq Birləşmiş Ştatların müttəfiq olaraq etibarlı olub-olmadığı ilə bağlı narahatlıqlar mövcuddur. Aydındır ki, Trampın qələbəsi bu narahatlıq və təşvişi artıracaq. Bundan əlavə isə məncə bu, Amerikanın Asiyadakı nüfuzunun ciddi azalmasına səbəb olacaq.”

Pekin Donald Trampın Çin mallarına tarifləri artırmaq haqda təhdidinin qarşısını almağa çalışaraq, ticarət müharibəsi ilə bağlı xəbərdarlıq edib. Bu isə Çinin Amerika təyyarələri üçün sifarişləri ləğv etməsi və ya Çində fəaliyyət göstərən ABŞ şirkətlərinə qarşı daha sərt qaydalar tətbiq etməsi ilə nəticələnə bilər.

“Bizim Çini təhdid edə biləcəyimizi, amma Çinin bizi təhdid edə bilməyəcəyini düşünmək, fikrimcə, böyük sadəlövhlükdür,” deyə Qalston bildirir.

Qalston xəbərdarlıq edir ki, ABŞ-ın Şərqi Asiyada liderlik etməməsinin nəticələri Çini qane edəcək. Dünyanın ikinci ən böyük iqtisadiyyatına malik olan Çin bu boşluğu tez bir zamanda doldurmağa çalışır və bu həftə Peruda keçirilən Asiya-Sakit Okean İqtisadi sammitində özünün regional azad ticarət zonasının yaradılmasını təklif edib.

Show comments

XS
SM
MD
LG