Accessibility links

Tramp və Klinton İsrailə dəstəyini bəyan edib [Video]


Respublikaçılar tərəfindən öndə gedən namizəd Donald Tramp Vaşinqtonda nüfuzlu Amerika İsrail İctimaiyyətlə Əlaqələr Komitəsi, AIPAC, önündə çıxışı zamanı böyük kütlələri cəlb edib. Tramp ABŞ-ın İsraillə əlaqələrini möhkəmləndirmək üzərində işləyən bu komitə önündə çıxış edən prezidentliyə dörd namizəddən biridir.

Mənim əsas respublikaçı rəqibim söz verib ki, prezident olaraq İsrail və fələstinlilər arasında neytral mövqe sərgiləyəcək. Mən isə açıq-aydın demək istəyirəm ki, mən neytral olmayacam.

Ən başından Donald Tramp Amerika İsrail İctimaiyyəltə Əlaqələr Komitəsi, AIPAC-i özünün İsrailin yaxın dostu olduğuna inandırmağa çalışıb.

“Mən siyasətə yeni başlasam da, İsraili hər zaman dəstəkləmişəm.”

Tramp seçilsə ABŞ səfirliyini Qüdsə köçürəcəyini və Obama administrasiyasının İranla əldə etdiyi nüvə razılığını ləğv edəcəyini deyib.

“Mənim birnömrəli prioritetim İranla olan faciəvi razılığı ləğv etməkdir. Mən uzun-zamandır bizneslə məşğul oluram. Mən razılığın necə əldə olunduğunu bilirəm, və inanın mənə, bu razılıq Amerika, İsrail və bütün Yaxın Şərq üçün faciəvi olacaq.”

Trampın çıxışı zamanı arenanın kənarında bir sıra müxtəlif anti-Tramp nümayişçilər toplaşıb. Onlardan biri də Eleanor Goldfiled olub.

Tramp AIPAC-də çıxışı zamanı

Tramp AIPAC-də çıxışı zamanı

O, Trampın sözlərindən bezdiyini və onun dediklərinin nifrət, irqçilik və faşizmə əsaslandığını deyir.

Orada Trampın tərəfdarları da var idi. Onlardan biri də Ravvin Aron Mehlman olub.

“Mən Trampı sevirəm. Məncə o çox yaxşı insandır və onun seçilməsi ölkə və bütöv dünya üçün müsbət bir hal olacaq.”

Demokratlar tərəfindən öndə gedən Hillari Klinton da konfransda çıxış edib və seçilsə İsrailin təhlükəsizliyini dəstəkləyəcəyini deyib. O, həmçinin Trampın daha öncə səsləndirdiyi bəyanatlara da söz atıb.

“Bəli, bizə sabit insanlar lazımır, müzakirəyə açıq olduğunu iddia edərək bazar ertəsi bu məsələdə neytral olduğunu, çərşənbə axşamı İsraili dəstəklədiyini, çərşənbə günü isə tam fərqli bir fikir səsləndirən bir prezident lazım deyil. Çünki

Mənim birnömrəli prioritetim İranla olan faciəvi razılığı ləğv etməkdir. Mən uzun-zamandır bizneslə məşğul oluram. Mən razılığın necə əldə olunduğunu bilirəm, və inanın mənə, bu razılıq Amerika, İsrail və bütün Yaxın Şərq üçün faciəvi olacaq.

İsrailinin təhlükəsizliyi müzakirə olunası məsələ deyil.”

Konfransda Trampın rəqibi Ted Kruz...

“Mənim əsas respublikaçı rəqibim söz verib ki, prezident olaraq İsrail və fələstinlilər arasında neytral mövqe sərgiləyəcək. Mən isə açıq-aydın demək istəyirəm ki, mən neytral olmayacam.”

...və Ohayo qubernatoru Con Keysik də çıxış edib.

“Məncə demək olar ki, mən 35 illik peşə həyatımda bizim strateji tərəfdaşımız İsrailə qarşı möhkəm dəstək və dostluq sərgiləmişəm.

Demokrat namizəd Berni Sanders seçkiqabağı kampaniyaları ilə məşğul olduğu üçün İsraillə bağlı mövqeyini bildirməyən yeganə namizəd olub.

XS
SM
MD
LG