Accessibility links

Tramp Ağ Evdə İordaniya kralı Abdullanı qəbul edib


ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp Ağ Evdə İordaniya kralı Abdulla və şahzadə Raniyanı qəbul edir

ABŞ prezidenti Donald Tramp Suriyada kimyəvi hücumu insanlığa qarşı təhqir adlandırıb. O bu açıqlamanı Ağ Evdə İordaniya kralı Abdullanı qəbul edən zaman verib.

Müxbirlər ABŞ-ın hər hansı bir addım atacağı ilə bağlı sualın cavabında Tramp “baxıb görərik” deyərək, detallara varmayıb.

Suriyada çərşənbə axşamı günü kimyəvi hücum, eləcə də İsrail-Fələstin sülh danışıqları Tramp və kral Abdulla arasında müzakirələrin diqqət mərkəzində olub.

Ərəb dünyasının müəyyən mənada elçisi kimi çıxış edən İordaniya kralı özü ilə İsraillə sülh sazişinin əldə edilməsi məsələsinə yeni marağın olduğuna dair bir mesajla ABŞ-a gəlib. Sülh razılaşması ərəb və müsəlman ölkələrinin yəhudi dövlətini tanıması müqabilində İordan çayının Qərb sahili, Qəzza və Şərqi Qüdsdə Fələstin dövlətinin yaradılmasını nəzərdə tutur.

Ərəb liderləri keçən həftə keçirdikləri zirvə görüşdündə 2002-ci ildə İsrailə ilk dəfə təklif etdikləri mesajı yenidən dilə gətiriblər. Lakin İsrail 1967-ci ildə əldə işğal etdiyi ərazilərdən geri çəkilməkdən imtina edib.

Danışıqların bərpa olmasının yeni perspektivi və Fələstin dövlətinin yaradılması Trampın Yaxın Şərqdə ABŞ prezidentlərinin uzun zamandır əldə edə bilmədiyi uzunmüddətli sülhə nail olmaq kimi elan etdiyi məqsədinə uyğun gəlir. Tramp həmçinin beynəlxalq elçi Ceyson Qrinblatta ərəb ölkələri və İsrailin liderləri görüşüb, onların fikirlərini dinləmkə və regionda vəziyyəti dəyərləndirməyi tapşırıb.

Özünü İsrailin yaxın dostu adlandıran Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə Ağ Evdə görüş keçirib. ABŞöın yeni prezidenti əvvəlki ABŞ prezidentlərinin uzun zamandır dəstəklədiyi iki dövlət prinsipinə alternativ görüdüyünü deyirdi. Lakin son zamanlar İsrailin yaşayış məntəqlərinin inşasını ləngitməsi və ABŞ səfirliyinin Tel Əvivdən Qüdsə köçürülməsi kimi verdiyi vədini saxlaması onun regionla bağlı daha ölçülmüş addımlar atdığını nümayiş etdirir.

2009-cu ildə Netanyahunun baş nazir seçilməsindən sonra İsrail-Fələstin danışıqlarında inkişaf müşahidə edilmir. O, iki dövlət prinsipindən geri çəkilməsə də, kabinetin üzvlərinin əksəriyyəti bu fikrə etiraz edir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG