Accessibility links

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasının tərkibi təşkil edilir.

Tramp bazar günü elan edib ki, Respublikaçıların Milli Komitəsinin sədri Reins Pribus prezident administrasiyasının başçısı olacaq. Bu, Ağ Evdə ən yüksək vəzifə və prezidentə ən yaxın mövqe hesab edilir.

Stiv və Reins kampaniya zamanı birgə işləyə və bizi qələbəyə aparmış yüksək keyfiyyətli liderlərdir.

O eyni zamanda, mübahisəli sağ meylli media icraçısı Stiv Bennonu özünün baş strateqi və müşaviri təyin edib.

Tramp onların hər ikisini yüksək təcrübəyə malik liderlər hesab edir.

"Mən özümün çox uöurlu komandası ilə birgə ölkəyə rəhbərlik edəcəyimizdən məmnunluq duyuram," Tramp bəyan edib. "Stiv və Reins kampaniya zamanı birgə işləyə və bizi qələbəyə aparmış yüksək keyfiyyətli liderlərdir. İndi onların hər ikis mənimlə bərabər Ağ Evdə Amerikanı yenidən möhtəşəm etmək üzərində işləyəcəyik."

Seçki gecəsi Tramp qələbədəki roluna görə Reins Pribusa minnətdarlıq etdi.

Seçki gecəsi Tramp qələbədəki roluna görə Reins Pribusa minnətdarlıq etdi.

Pribus və Bennon hər iki onların Ağ Evdə yola getməyəcəkləri haqda spekulyasiyaları rədd ediblər.

"Birlikdə biz kampaniya əsnasında çoxlu qərarlar verməyə nail olmuşuq.", Pribus NBC-yə bildirib. "Və bu, çox yaxşı işləyib."

Bennon deyib: "Biz prezident seçilmiş Trampın platformasını həyata keçirmək üçün də həmin tərəfdaşlıq çərçivəsində işləyəcəyik."

Yüksək vəzifələrə təyin ediləcək digər namizədlər sırasına Nyu-York şəhərinin sabiq meri Rudi Culiani və Alabama senator Ceff Seşions daxildir. Culiani baş prokuror, Ceff Seşions isə müdafiə naziri vəzifəsinə nəzərdə tutulur.

Show comments

XS
SM
MD
LG