Accessibility links

Tramp administrasiyası yeni büdcə planını açıqlayıb [Video]


Tramp administrasiyası yeni büdcə planını açıqlayıb
please wait

No media source currently available

0:00 0:01:23 0:00

Çərşənbə axşamı Ağ Ev rəsmiləri 2018-ci il üçün büdcə layihəsini açıqlayıb. Bu büdcə layihəsinə əsasən müdafiə xərcləri milyonlarla dollar artıralacaq və bu səbəbdən də digər hökümət xərcləri azaldılacaq. Demokratlar bu büdcənin Konqresdə təsdiq olunmayacağını deyir.

Ağ Ev yeni büdcə planını “vergiödəyiciləri birinci” adlandırır.

Tramp büdcə planına əsasən, orta siniflə işçi sinfinə aid amerikalıların pulunu kəsilir, zənginglərə böyük vergi güzəştləri təklif edilir və uydurma riyaziyyatla büdcə kəsirinin aradan qaldırılacağını irəli sürülür
Çak Şumer

“Biz bu büdcəni hazırlayanda vergi ödəyən insanlarını nəzərə aldıq”, deyə büdcə direktoru Mik Mulvani bildirib.

Çərşənbə axşamı açıqlanan plan prezident Donald Trampın “Amerika Birinci” siyasətinə ilk konkret baxışdır.

Gözlənildiyi kimi planda ordu və sərhəd təhlükəsizliyinin maliyyəsinini artırmaq, dövlət idarələri və yoxusullar üçün proqramların maliyyəsini isə azaltmaq təklif edilir.

Ağ Ev rəsmiləri iddia edir ki, bu planla sürətli iqtisadi artım nəticəsində büdcə 10 il ərzində balanslaşdırılacaq.

Lakin konqresdəki demokratlar iqtisadiyyatın onların dediyi kimi inkişaf edəcəyinə zəmanət verilmədiyini və planın yoxsullara mənfi təsirlərinin olacağını deyir.

“Tramp büdcə planına əsasən, orta siniflə işçi sinfinə aid amerikalıların pulunu kəsilir, zənginglərə böyük vergi güzəştləri təklif edilir və uydurma riyaziyyatla büdcə kəsirinin aradan qaldırılacağını irəli sürülür”, deyə Senatın Demokrat lideri Çak Şumer bildirib.

Büdcə layihəsi
Büdcə layihəsi

Bir çox respublikaçı da planın bəzi hissələrindən narazıdır.

Lakin Nümayəndələr Palatasının spikeri Pol Rayan onlardan biri deyil. Əksinə o, planın dəstəklənməsinə çağırır.

“Prezident bizə balanslaşdırılmış büdcə planı irəli sürüb. Bu plan iqtisadi artıma təkan verəcək,” deyə o bildirib.

Konqresə təqdim edilmədən öncə büdcə layihəsinə böyük dəyişikliklər ediləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG