Accessibility links

Tramp Kuba ilə münasibətlərin normallaşdırılmasına dair razılığı ləğv edəcəyi ilə hədələyir


ABŞ prezidenti seçilmiş Donald Tramp prezident Barak Obamanın Kuba ilə münasibətlərin normallaşdırılmasına dair əldə etdiyi razılıqları ləğv edəcəyi ilə hədələyib. Bu, iki ölkə arasında münasibətlərin bərpasına dair tarixi razılığın təhlükə altına alına bilməsinə işarə edir.

"Əgər Kuba öz xalqı, Amerikada yaşayan kubalılar və ABŞ üçün daha əlverişli razılıq əldə etməyə hazır deyilsə, mən razılığı ləğv edəcəm"-deyə Tramp bazar ertəsi Tvitter səhifəsində yerləşdirdiyi mesajında bildirib.

Bu mesaj Trampın aylardır ABŞ və Kuba arasında razılaşma haqda dedikləri ilə uzlaşır. Tramp Kuba ilə razılaşmanın yalnız Havana üçün əlverişli olduğunu hesab edir. Buy açıqlamalar Kubanın uzun zamandır lideri olmuş Fidel Kastronun keçən həftə sonu vəfatından sonra yenidən diqqətləri cəlb etməyə başlayıb.

Tramp administrasiyasının gələcək rəhbəri yeni prezidentin Obamanın Kuba ilə münasibətlərin yaxşılaşdırılmasına dair razılığı ləğv etməyə hazır olduğunu bildirib. Rens Pribus Fox tele kanalına müsahibədə deyib i, ABŞ və Kuba arasında münasibətlərin gələcəyi Kubanın insan hüquqları məsələsində düzgün addımlar atıb-atmayacağından asılı olacaq.

ABŞ təyyarəsi ilə Kubaya səfər etmiş amerikalılar Amerika və Kuba bayraqları ilə

ABŞ təyyarəsi ilə Kubaya səfər etmiş amerikalılar Amerika və Kuba bayraqları ilə

Donald Tramp kampaniyasının erkən dövrü Birləşmiş Ştatlar və Kuba arasında münasibətlərin normallaşdırılması ilə bağlı müsbət fikir söyləmişdi. Lakin sonradan kampaniya ərzində və prezident seçildikdən sonra Trampın məsələ ilə bağlı mövqeyində dəyişiklik müşahidə edilməyə başlayıb. Hazırda onun prezident Obamanın Kuba ilə münasibətlərin normallaşdırılması səyləri haqda fikirləri mənfi xarakter daşıyır.

Bu tendensiya keçən həftə Kuba inqilabının lideri Fidel Kastronun ölümü haqda xəbərlərdən sonra davam edir. Tramp Tvitter səhifəsində Kastronun qəddar diktator olduğunu bildirib.

Prezident Barak Obama, birinci xanım Mişel Obama Kuba prezidenti Raul Kastro ilə Havanada İnqilab sarayında

Prezident Barak Obama, birinci xanım Mişel Obama Kuba prezidenti Raul Kastro ilə Havanada İnqilab sarayında

Trampın seçki kampaniyası zamanı Kuba ilə mövqeyində ardıcıllıq müşahidə edilməsə də, onun Kastro ilə bağlı fikirləri mənfi olub.

Prezident Obama Kastro administrasiyası və Kuba hökuməti ilə iki ölkə arasında münasibətlərin bərpası istiqamətində iki il iş aparıb. Bu səylərin kulminasiyası 50 ildən sonra ilk dəfə olaraq iki ölkə arasında birbaşa təyyarə uçuşlarının bərpası və səfirliklərin yenidən açılması oldu.

Obama bu ilin əvvəli Kubaya səfər edərək, 1928-ci ildə Kalvin Kulicdən sonra ölkəyə ayaq basmış ilk Amerika prezidenti oldu.

Show comments

XS
SM
MD
LG