Accessibility links

Tramp, Anar və İran İnqilab Qvardiyası... (ABŞ jurnalı yazır)


ABŞ-ın nüfuzlu New Yorker jurnalı martın 13-də çapdan çıxacaq növbəti sayında milyarder biznesmen qismində Donald Trampla Azərbaycan oliqarxlarının əlaqəsinə xüsusi məqalə həsr edib.

Donald Trampın ən pis sövdələşməsi” başlıqlı məqalədə müəllif Adam Davidson iddia edir ki, indiki ABŞ prezidentinin vaxtilə Bakıda "Trump" brendiylə inşasına razılıq verdiyi hotelin tikintisini "korrupsiyalaşmış ailə" reallaşdırıb və həmin ailənin İranın İnqilabi Qvardiyası ilə bağlı işadamı ilə əlaqələri olub.

AYLIQ MAAŞI 12 MİN DOLLAR
Müəllif xatırladır ki, "Tramp İnternational Hotel & Tower Baku" adlanan bu layihə keçmiş nəqliyyat naziri Ziya Məmmədovla bağlıdır. Ziya

Məmmədov haqda isə müəllif yazır ki, aylıq maaşı 12 min dollar olmuş Ziya Məmmədov bununla belə milyarderdir və Azərbaycanın ən varlı adamlarından biridir.

Wikileaksdə amerikalı diplomatın 2009-2010-cu illərdə dedikləri də xatırladılır ki, "Ziya Məmmədov hətta korrupsiyalı Azərbaycanda da öz korupsiyası ilə ad çıxarıb."

Anar Mammədovun oliqarx atası Ziya Məmmədov İran İnqilab Qvardiyası ilə iş birliyində ittiham olunur.
Anar Mammədovun oliqarx atası Ziya Məmmədov İran İnqilab Qvardiyası ilə iş birliyində ittiham olunur.


“Trump Organisation”nın hüquqi məsələlər üzrə rəhbəri Alan Garten isə deyir ki, Bakı layihəsində Donald Tramp üçün mənəvi problemlər yoxdur, çünki, Tramp heç vaxt Məmmədovla birlikdə iş görməyib, Tramp burda passiv rol oynayıb, o, Ziya Məmmədovun oğlu Anar Məmmədova yalnız Tramp adından istifadə hüququnu verib və buna görə 2,8 milyon dollar alıb.

Müəllif yeri gəlmişkən onu da bildirir ki, Bakı layihəsində Tramp Organisation-nın ən vəzifəli rəsmisi Donald Trampın qızı İvanka Tramp idi.

NİYƏ MƏHZ İRANA?
Adam Davidson daha sonra yazır ki, Ziya Məmmədov nazir olanda bir neçə çoxmulyonluq layihənin icrasını İranın tikinti şirkəti Azarpassillo-ya verib. Bu şirkətin sədri Keyumars Darvishi İran-İraq müharibəsində vuruşuvb, müharibədən sonra İran İnqilabi Qvardiyasının nəzarətində olan Raman şirkətinin rəhbəri olub.

Müəllif Reutersin məlumatından sitat gətirir ki, Tramp hökuməti İranın İnqilabi Qvardiyasını terrorçu təşkilat kimi pisləməyə hazırlaşır.
Müəllif yazır ki, Məmmədovlar Amerika biznesi üçün ideal tərəfdaş deyil. Trampın bağladığı müqavilədən hələ 4 il əvvəl WikiLeaks Amerika diplomatlarının teleqramlarını dərc etmişdi ki, "Məmmədovlar ailəsi korrupsionerdir". Bir diplomatik teleqramda isə bu ailənin İran İnqilabi Qvardiyası ilə bağlılığı qeyd olunurdu.

2013-cü ildə Azadlıq Radiosu ilə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Məlumatları Layihəsinin birgə araşdırması Məmmədov ailəsinin korrupsiyasını sənədlərlə ortaya qoydu.

Müəllif Azadlıq Radiosunun araşdırmasını yada salır ki, Məmmədovların olan XXİ ƏSR, ZQAN və Bağlan şirkətlərinin hamısı Nəqliyyat Nazirliyinin müqavilələri hesabına varlanıb.

Azərbaycan Amerika Alyansına rəhbərlik edən Anar Məmmədov Vaşinqtonda Azərbaycan hökumətinin lobbiçilik səylərinə külli miqdarda pul xərcləyib.
Azərbaycan Amerika Alyansına rəhbərlik edən Anar Məmmədov Vaşinqtonda Azərbaycan hökumətinin lobbiçilik səylərinə külli miqdarda pul xərcləyib.

MƏNFƏƏT
Müəllif onu da yazır ki, Ziya Məmmədovun İranda sərt xətt tərəfdarları ilə məlum əlaqələri yoxdur və soruşur ki, 3 qardaş olan Dərvishilər niyə məhz Ziya Məmmədovla işləmək istəyiblər? Müəllifin fikrincə,

Ziya Məmmədovun onlarla işləməyinin səbəbi aydındır - bu, mənfəətdir, Bəs qarşı tərəf? Müəlifin fikrincə, Dərvishiləri cəlb edən , ola bilsin ki, Məmmədovların bankının olmasıdır. Bu da dünya maliyyə sisteminə çıxış verir.

Müəllif sonda yazır ki, Məmmədovların Azərbaycanda nüfuzu və hakimiyyəti kəskin aşağı düşüb. Ziya Məmmədovun qardaşı Elton Məmmədov 2015-ci ildə parlamentdə yer ala bilmədi, Ziya Məmmədov isə bu ilin fevralında nazir postunu itirib.

“Trump Organisation” isə Bakı layihəsi ilə bağlı hələ də əsas suallara cavab verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG