Accessibility links

Trampın Respublikaçı əleyhdarlarının sayı artır


Bir həftə ərzində qabaqcıl Respublikaçılardan ibarət bir qrup ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Trampa dəstək verməyəcəyini bəyan edib.

Sabiq Konqres nümayəndələri, Reyqan və Buş administrasiyalarının yüksək vəzifəli şəxsləri də daxil edilməklə, partiyanın 70-dən artıq üzvü Respublikaçıların Milli Komitəsinin sədri Reyns Pribusa ünvanladıqları məktubda komitənin Tramp deyil, Nümayəndələr Palatası və Senata namizədlərə diqqət yetirilməsinin cavabliyini yazıb.

Onlar RMK-i respublikaçıların pulu, vaxtı və işçilərinin əməyinin Trampa sərf edilməsinin dayandırılmasına çağıraraq, noyabr seçkilərinə qatılacaq respublikaçı namizədlərin şanslarının “buxarlandığını” bildirib.

Məktuba imza atanlar Trampın oğullarını İraq müharibəsində itirən valideynlərlə bağlı və Hillari Klintonun silah hüquqları tərəfdarları tərəfindən öldürülməsi çağırışlarını arqument kimi göstəriblər.

Donald Tramp
Donald Tramp

Respublikaçıların kommunikasiya operativi Andryu Uenşteyn Amerikanın Səsinə bildirib ki, komitə hədəfini dəyişməsə respublikaçılar Konqresdəki əksəriyyəti itirəcək. O, maliyyə vəsaitlərinin seçilməyəcək bir namizədə xərclənməsinin resursları tükədəcəyini deyib.

Ötən bazar ertəsi günü 50 sabiq milli təhlükəsizlik müşaviri, kəşfiyyat xidmətlərinin rəhbərləri və ticarət təmsilçiləri də komitəyə ünvanladıqları mətubda Trampa səs verməyəcəklərini yazmışdı. Onlar Trampın nəinki prezidentliyə layiq olmadığını, onun təhlkükəli bir baş komanan ola biləcəyi barədə xəbərdarlıq verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG