Accessibility links

Trampın səyahət qadağaları avropalıları dilemma qarşısında qoyub


Trampın səyahət qadağaları avropalıları dilemma qarşısında qoyub
please wait

No media source currently available

0:00 0:02:26 0:00

ABŞ prezidenti Donald Trampın 7 müsəlman ölkəsindən Amerikaya səyahət məhdudiyyətləri tətbiq etməsi ilə Avropa hökumətləri bu ölçüyə necə cavab verilməsində çətinlik çəkir. Məhdudiyyətlər müsəlman əhalisinin artdığına görə təzyiqlər altında olan ölkələr üçün dilemma olub. Bu, digər tərəfdən millətçilik əhval-ruhiyyəsini də yüksəldir.

Bal ayına mane olundu. Tereza Meyin NATO-nu dəstəklədiyini deyən Donald Trampla uğurlu görüşündən sonra vətənində təlatüm gözləyirdi.

Mey Trampın yeni məhdudiyyətlərinə etiraz etmədiyinə görə tənqidlər altındadır.

London meri Sadiq Xan: "Londonun meri kimi mən mesajımı yüksək səs və çox açıq izah edirəm. Baş nazirin kobud qərara göz yumması utandırıcı bir haldır."

Trampın sərəncamı Avropada hökumətlərini özlərini analiz etməyə vadar edib.

Fransanın xarici işlər naziri Jan Mark Ero: "Müharibə və zorakılıqlardan qaçanları qarşılamaq bizim vəzifəmizin bir hissəsidir.Biz bunu həmrəylik və ədalətlə yerinə yetirməliyik. İşimizi Avropada həmrəylik və dialoq yolu ilə, icmamızın öhdəliklər və dəyərlərimizə əməl etməklə görməliyik. "

Multikulturalizm və humanizm tərəfdarları ilə milli dəyərlər və kimliklərinin hədə altında olanlar arasında mübahisələr yaşanır.

Birləşmiş Kral Xidmətləri İnstitutundan Tahiq Abbas: “Avropa ölkələrinin çoxu mürəkkəb bir vəziyyətlə üzləşib. Müsəlman icmaların artımı demoqrafik dəyişikliklər yaradır. Əksəriyyətin reproduksiyası ləng gedir. Bu isə çox zamanlar neqativ terminlərlə dolu baxışla müşayiət edilir. ”

Tramp administrasiyası bildirir ki, bu siyasət 2011-ci ildə prezident Obamanın 6 ay müddətinə iraqlı qaçqınlara qapıları bağlamasının eynisidir. Bu 7 ölkə çox ehtimal ki, Obama administrasiyasının terror mənbələri kimi tanıdığı ölkələrdir.

Birləşmiş Kral Xidmətləri İnstitutundan Tahiq Abbas: “Yeni siyasət keçmişin davamıdır. Problematik aspekt bunun icrasıdır. Tramp administrasiyasının ilk həftəsində götürüdüyü bir sıra ölçü suallar doğurub və qaçqınlarla bağlı ortada elə bir sentiment var ki, bu solçu dairələrdə hiddət doğurur.”

Trampın qadağasına etirazlar artdıqca, millətçilik hərəkatını dəstəkləyən seçicilər Avropa hökumətlərini narahat edir. İndi onlar daha ehtiyatla davranmalıdır. Onların nəyi və necə deməsi bu il keçiriləcək seçkilərdə ciddi itki ola bilər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG