Accessibility links

ABŞ-ın Viskonsin ştatının federal məhkəməsi Donald Trampın səyahət qadağası ilə bağlı sərəncamının icrasını yasaqlayıb


ABŞ-ın Viskonsin ştatının federal məhkəməsi Donald Trampın səyahət qadağası ilə bağlı sərəncamının icrasını yasaqlayıb. Sərəncam suriyalı qadının uşağı ilə Amerikaya gəlməsinə mane olurdu.

Qadın və onun qızı müharibənin sarsıtdığı Hələbdə qalıb. Ata isə artıq Viskonsində sığınacaq alıb.

Hakim Uillyam Konli deyib ki, məhkəmənin qırarı yalnız bu ailəyə şamil edilir.

Trampın sərəncamı martın 16-dan etibarən qüvvəyə minir. Lakin qadının İordaniyadakı ABŞ səfirliyinə viza müraciətinin cavablandırılması zaman ala bilər.

ABŞ prezidenti Donald Tramp altı ölkədən ABŞ-a səyahətlərə məhdudiyyət qoyan yeni sərəncam imzalayıb. Sərəncama əsasən üç ay müddətinə həmin bu ölkələrdən səyahətlərə üç aylıq, bütün qaçqınlara isə dörd aylıq qadağa tətbiq olunur. Daha əvvəl İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəmən nəzərdə tutulurdu.

Federal hakimlər oxşar sərəncamın icrasının qarşısını ötən ay almışdılar.

Daha sonra İraq bu siyahıdan çıxarılmışdı.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG