Accessibility links

Donald Trampın adı Nyu Yorkda binaların üzərindən yığışdırılır


Fəhlələr Manhattanın Upper West Side məhəlləsində Trampın adını binanın üzərindən qoparırlar. Nyu York, ABŞ. 16 noyabr, 2016 REUTERS/Brendan McDermid
Fəhlələr Manhattanın Upper West Side məhəlləsində Trampın adını binanın üzərindən qoparırlar. Nyu York, ABŞ. 16 noyabr, 2016 REUTERS/Brendan McDermid

Yenicə prezident seçilmiş Donald Trampın adı Nyu Yorkda bir sıra yaşayış binalarının üzərindən yığışdırılır.

Qərar buna əsaslanırdı ki, binaya neytral ad verməklə onu indiki və gələcək sakinlər üçün daha cazibədar edək.
Marty McKenna, Equity Residential

Upper West Side rayonunun Riverside bulvarında yerləşən 140, 160, 180 saylı binaların üzərində artıq “Trump Place” – yəni “Tramp Yeri” yazılmayacaq. Bu barədə Equity Residential firması açıqlama verib.

Əvəzində, binalar sadəcə küçə ünvanları ilə tanınacaq.

“Biz bu adı həmin binaların üzərindən yığışdırırıq,” Equity Residential-ın sözçüsü Marty McKenna New York Post qəzetinə bildirib. “Qərar buna əsaslanırdı ki, binaya neytral ad verməklə onu indiki və gələcək sakinlər üçün daha cazibədar edək.”

Dəyişikliklər prosesi firmanın nəzarətində olan bütün binaları əhatə edəcək.

McKenna qərara gəlinərkən bir çox faktorların, o cümlədən sakinlərin rəylərinin nəzərə alındığını bildirib.

Bina sakinləri artıq bir müddətdir ki, dəyişikliyin edilməsinə çağırırlar. 600 adam Trampın adının binadan yığışdırılması üçün petisiya imzalayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG