Accessibility links

Tramp kondisioner zavodunun İndianadan Meksikaya köçürülməməsinə nail olub


Kondisioner istehsal edən Carrier şirkəti çərşənbə axşamı yeni seçilmiş ABŞ prezidenti Donald Trampla istehsalat sahəsində 1000 iş yerinin İndiana ştatından Meksikaya köçməməsinə dair razılıq əldə edib.

Birləşmiş Texnologiyalar korporasiyası tərəfindən idarə edilən Carrirer daha az xərcləri tələb edən əməliyyatların vacibliyini önə çəkərək 2019-cu ildə iki zavodun Meksikanın Monterrey şəhərinə köçürüləcəyini bəyan etmişdi.

Prezidentlik kampaniyası dövründə Trampın tez-tez verdiyi vədlərdən biri şirkətlərin xaricə köçməsinin qarşısını almaq və artıq ABŞ-dan köçən şirkətləri geri gətirmək idi.

Trampın keçid komandasının rəsmisi bildirib ki, İndiana qubernatoru və yeni seçilmiş vitse-prezident Mayk Pens cümə axşamı İndianapolisdə Trampla Carrier rəsmiləri arasında keçirilən görüşə qatılacaq.

XS
SM
MD
LG