Accessibility links

Donald Tramp Çin prezidentini Floridada qonaq edir


Prezident Donald Tramp Çinin dövlət başçısı Şi Tsinpinqi Floridada, ABŞ liderlərinin Mar-a-Lago istirahət mərkəzində qonaq edir.

Çin Şimali Koreyan problemini həll etməsə, bunu biz edəcəyik

İkigünlük sammit Şimali Koreya və onun nüvə silahı barədə müzakirələri əhatə edəcək. Çinin yaxın zamanlarda kömür idxalını dayandırması da daxil olmaqla, təhdid və sanksiyalar Pxenyanın nüvə ilə silahlanmış qüvvə olması istəyinin qarşısını ala bilməyib.

Tramp "Çin Şimali Koreyan problemini həll etməsə, bunu biz edəcəyik” deyib.

Tramp Londonda dərc edilən “Financial Times”qəzetinə “Çinin Şimali Koreyaya təsiri böyükdür və Çin ya bizə Şimali Koreya məsələsində yardım etməyə qərar verəcək, ya da etməyəcək. Və əgər onlar bunu etməsə, bu heç kim üçün yaxşı olmayacaq”, deyib.

Prezident deyib ki, əgər Çin Şimali Koreya problemini həll etməsə, bunu biz edəcəyik.

Tramp administrasiyası Çinin Pxenyanın beynəlxalq maliyyə təsisatlarına çıxışını təmin edən bank və şirkətlərinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur.

Çin Şimali Koreyanı yanacaq, ərzaq, islahlakçı malları və silah proqramı üçün xam materiallarla təmin edir.

ABŞ ekspertləri Şimali Koreyanın altıncı nüvə sınağı həyata keçirməyi planlaşdırdığını deyib. Tokio fevralda Şimali Koreyanın Yapon Dənizi üzərindən ballistik raket sınağını “dözülməz” adlandırıb.

Dünyanın ən böyük iqtisadiyyatına malik olan ABŞ və Çin liderləri bu gün xanımları ilə bərabər nahar yeməyində görüşdükdən sonra sabah müzakirələr keçirəcək.

Mar-a-Lago
Mar-a-Lago

Liderlər ticarət məsələlərini gündəmə gətirəcək. Müzakirələrin diqqət mərkəzində 310 milyard dollarlıq defisit də yer alacaq.

Bəzi təhlilçilərin fikrincə, Çin prezidentinin səfər zamanı əsas məqsədi qarşıdan gələn illər Ağ Evdə danışıqlar aparacağı şəxs haqda təsəvvür əldə etməkdən ibarət olacaq.

Prezident Ağ Evə gəlməzdən əvvəl keçən il Çin haqda kəskin bəyanatlar verirdi. O, ticarət sahəsində ciddi cəza tədbirlərinin götürüləcəyini demişdi. Amma indiyə kimi belə addımlar atılmayıb.Digər təhlilçilər də razılaşır ki, ticarət məsələsinə gəldikdə prezident Tramp qəti mövqe nümayiş etdirəcək.

XS
SM
MD
LG