Accessibility links

İki Respublikaçı namizəd Trampa qarşı birləşir


Milyarder Donald Trampı ABŞ-ın Respublukaçı Partiyasından prezidentliyə namizədliyinin qarşısını almaq üçün iki rəqibi ona qarşı birləşib.

Ohayo qubernatoru Con Keysiç may ayının 3-də İndiana ştatında keçiriləcək praymeri seçkilərində kənara çəkilərək yerini Texas ştatının senatoru Ted Kruza verəcək. Bunun əvəzində Kruz may ayında Oreqonda, iyun ayında Nyu-Meksika ştatında seçki kampaniyası keçirməməyə razılaşıb. Həmin ştatları toplam 109 nümayəndə təmsil edir.

Trampın iyul ayında Respublikaçıların Klevland ştatında keçiriləcək konvensiyasında prezidentliyə namizəd seçilmək üçün 1237 nümayəndə əldə etməlidir.

Kruz və Keysiç bildirib ki, əgər Tramp seçilərsə bu zaman Demokrat namizəd Hillari Klinton noyabr ayında keçiriləcək prezident seçkilərini rahatlıqla qazanacaq.

Əgər Tramp konvensiyada məğlub olarsa, nümayəndələrin sonrakı seçkilərdə səslərini istədikləri kimi paylamaq ixtiyarına sahibdirlər.

Rəy sorğularına görə, Vermont senatoru Berni Sanders hər üç respublikaçı namizədə seçkilərdə məğlub etmək iqtidarında olsa da, hələlik Hillari Klintona qarşı dirənməkdə davam edir.

XS
SM
MD
LG