Accessibility links

Donald Tramp respublikaçı namizədlər arasında birinciliyini saxlamaqdadır


ABŞ prezidentliyinə namizədlərin seçilməsinə iki ay qalmış bir müddətdə milyarder Donald Tramp respublikaçı namizədlər arasında birinciliyini saxlamaqdadır.

Donald Tramp

Donald Tramp

Quinnipiac Universitetinin rəy sorğularına görə, Tramp 27 faiz dəstək əldə etməklə, Florida senatoru Marko Rubio, Ben Karson və Texas senatoru Ted Kruzdan irəlidədir. Ben Karson 17, Ben Karson və Ted Kruz 16 faiz səs əldə edib.

Karson daha əvvəlki sorğu ilə müqayisədə 7 faiz səs itirib. Florida ştatının sabiq qubernatoru Ceb Buş isə 5 faiz dəstək əldə etməklə geriləyib.

Trampın nailiyyəti respublikaçıların Nevada ştatının Las Veqas şəhərində iki həftə sonra keçiriləcək debatlardan öncəyə təsadüf edir. Debatlar Trampın Ayova və Nyu Hempşir ştatlarında cüzi nailiyyət əldə edən rəqibləri üçün mühüm əhəmiyyət kəsb edir.

Ayova fevral ayının 1-də, Nyu Hempşir isə 8 gün sonra səsvermə prosesinə başlayacaq.

Ciddi araşdırmalar altında

Sorğulardakı nailiyyətinə baxmayaraq, daim müdafiəçi mövqeyindən çıxış edən Tramp ciddi araşdırmalarla üzləşib. Xüsusilə onun Nyu Cersi ştatında müsəlmanların sentyabrın 11-ni bayram etdiklərini deməsindən sonra.

Respublikaçı namizədlər

Respublikaçı namizədlər

“Mən çox ciddilik və dəqiqliklə dedim ki, bəzi insanlar küçələrdə və evlərin damlarında rəqs edirdi”- deyə Tramp Cənubi Karolina ştatında tərəfdarları ilə görüşü zamanı bildirib.

Trampın tənqid edilməsi onun rəqiblərinə yardım etməyib. Nyu Cersi qubernatoru Kris Kristi belə bir şeyin baş vermədiyini deyib. “İnsanlar çox şey deyə bilər. Lakin fakt fakt olaraq qalır. Nyu Cersidə belə bir hal qeydə alınmayıb”-deyə Kristi müxbirlərə bildirib.

Mən çox ciddilik və dəqiqliklə dedim ki, bəzi insanlar küçələrdə və evlərin damlarında rəqs edirdi

Tramp isə sözünü geri götürmək istəmir. O, minlərlə insanın bunu təsdiq etdiyində israr edir. “Üzr istəmək yanlışlıq deyil. Bunun üçün yanlış olmalısan”-deyə Tramp Cənubi Karolinada tərəfdarlarına bildirib.

Ceb Buş da son həftələr Trampa qarşı tənqidlərini artırıb. Florida ştatında respublikaçı fəallar qarşısında çıxış edən Buş deyib ki, danışan adam istəyirsinizsə, o mən deyiləm. “Əgər iş görən adam istəyirsinizsə, mən sizin namizədinizəm” deyə sorğularda arxada qalan Buş bildirib.

Trampı dəstəkləyənlər qəzəblidir

Trampın tənqid edilməsi onun tərəfdarlarının narazılığına səbəb olub. Brukinq institutundan Bill Qalstonun dediyinə görə, insanlar hökumətin xaricdəki siyasətindən narazı, gələcəklərindən, xarici hədələrdən narahatdırlar. Təhlilçilər deyir ki, Trampın kəskin çıxışları ona həqiqəti söyləyən bir namizəd imici verib.

Partiya liderlərininn artmaqda olan narahatlıqları

The New York Times qəzetinin yazdığına görə, respublikaçıların bir çoxunu Trampın yarışlarda güc toplaması ilə təkcə Ağ Evin deyil, Senatın da nəzarətinin itiriləcəyi narahat edir. Qəzet Respublikaçılar Partiyasının liderlərinin onun necə susdurulmasına dair razılığa gələ bilmədiklərini yazır.

Üzr istəmək yanlışlıq deyil. Bunun üçün yanlış olmalısan

Trampın saxlamaqda olduğu qüdrəti bir çox siyasətçinin təəccübünə yol açıb. Bir çox təhlilçi hələ də onun qələbəsinə inanmır.

Hələ ki, izdihamlı respublikaçı kütləsindən kimin Trampı hədəf alacağı məlum deyil. Bu imkanı dekabr ayının 15-də keçiriləcək debatlarda əldə etmək olar.

XS
SM
MD
LG