Accessibility links

Tramp: Demokratlar ona qəzəblidir ki, fəhlə sinfi mənə səs verib


ABŞ prezidenti seçilmiş Donald Tramp inaqurasiya gününə beş gün qalmış noyabr seçkilərində Ağ Ev uğrunda mübarizədə dörd il müddətinə qələbəsini vurğulamağa davam edir.

Tvitter səhifəsində yazdığı iki şərhdə respublikaçı Tramp yazıb ki, onun demokrat opponentlərini ən çox qəzəbləndirən prezident Barak Obamaya iki müvəffəq seçki kampaniyasında dəstək verərək, partiyanın sadiq tərəfdarları olan fəhlə sinfinin demokrat Hillari Klintondan üz çevirib Trampa səs verməsidir.

"Mənim bizim ölkəmizə qaytaracağım bütün iş yerlərini nəzərə alsaq, bu rəqəm daha da yüksələcək. Avtomobil şirkətləri və başqa şirkətlər bizim ölkəmizdə bizneslə məşğul olmaq istəyirlərsə, məhsulları burada istehsal etməlidirlər. Biz qalib gələcəyik!"-Tramp Tvitter mesahında yazıb.

10 həftə sürən prezidentliyə keçid dövründə Tramp dünyanın iki ən böyük avtobil şirkəti olan Toyota və General Motors da daxil olmaqla avtomobil istehsalçılarını əməliyyatları Birləşmiş Ştatlar deyil, Meksikaya köçürmək planlarına görə təndiq edib. Tramp eyni zamanda, Ford və Fiat-Chrysler şirkətlərinə ABŞ-da istehsalı genişləndirmək planlarına görə yüksək qiymət verib.

Seçkidən sonrakı rəy sorğuları Trampın ölkənin sənaye mərkəzlərində fəhlə sinfinin dəstəyini qazanaraq qələbə çaldığını göstərir. Bu, Klintonun ölkə üzrə səslərin ümumi sayına ondan üç milyon çox səs almasına baxmayaraq, Trampın ABŞ prezident seçkilərinin nəticələrini müəyyən edən Seçicilər Kollegiyasında qələbəsinə kömək edib.

Tvitterdə başqa mesajında isə Tramp hakimiyyətə gəldikdən sonra ölkəni birləşdirə biləcəyinə ümidini ifadə edib.

"Uzun illərdir bizim ölkəmiz bölünüb, qəzəblənmiş və inamsız olub. Çoxları bunun heç vaxt dəyişməyəcəyini deyir: nifrət çox güclüdür. BU, DƏYİŞƏCƏK!"-Tramp mesajında yazıb.

Donald Tramp Amerika Birləşmiş Ştatlarının 45-ci prezidenti kimi yanvarın 20-də Vaşinqtonda and içəcək. Eyni vaxtda prezident Obama səkkiz il Amerika lideri olduqdan sonra hakimiyyətdən gedəcək.

XS
SM
MD
LG