Accessibility links

Tramp hakimiyyətdəki ilk günlərində böyük dəyişikliklər edir [Video]


Yanvarın 20-də vəzifəsinin icrasında başlayandan bəri prezident Donald Tramp sürətli bir şəkildə dəyişiklik gündəmini həyata keçirməyə başlayıb. O, daxili siyasət prioritetlərinin bəzilərinə yönəlik bir sıra sərəncamlar imzalayıb. Lakin Trampın immiqrasiya siyasətini kəskinləşdirməsi və ötən noyabrda keçirilən seçkidə seçici saxtakarlığının olduğunu iddia etməsi prezidentliyinin ilk günlərində onun üçün böyük çətinliklər yarada bilər.

Donald Trampın hakimiyyətinin ilk günləri çaxnaşmalı keçib.

Bu qərarın tətbiqi hərc-mərclik yaratdı və bütün ölkə boyu çaşqınlıqla qarşılandı. Bu, sadəcə bizə zərər vermək istəyənləri daha da çox cəsarətləndirib, təşviq edəcək.

O, ticarət, hökümət nizamlanmasınını azaldılması və ən əsası immiqrasiyanın azaldılması ilə bağlı bir sıra sərəncamlar imzalayıb.

Lakin Trampın yeddi müsəlman ölkəsinə tətbqi etdiyi mühacirət qadağası həm ölkə daxilində, həm də xaricdə etirazlarla qarşılanıb, ABŞ hava limanlarında xaosa, küçərərdə isə etirazlara səbəb olub.

Demokratlar bu sərəncamı pisləyib. Onlardan biri də Senatın demokrat lideri Çak Şumer olub:

“Bu qərarın tətbiqi hərc-mərclik yaratdı və bütün ölkə boyu çaşqınlıqla qarşılandı. Bu, sadəcə bizə zərər vermək istəyənləri daha da çox cəsarətləndirib, təşviq edəcək.”

Tramp deyir ki, bu sərəncamlarla o, seçki kampaniyası zamanı etdiyi vədləri həyata keçirir.

“Bizim burda olmağımızın səbəbi odur ki, onminlərlə amerikalı bizim hakimiyyəti Vaşinqtondan alıb, insanlara verməyimizə ümid bəsləyir.”

Trampın tvitter vasitəsilə bəyanatlar etməsi və onun inaqurasiyaya toplaşan izhidamın həcmi ilə bağlı narahatlığı onun üçün çətinliklər yaradır.

Nümayəndələr Palatasının spikeri Pol Rayan.

“Məncə biz, Trampın tvitterdə mesajlar yazması kimi qeyri-ənənəvi hallalla üzləşəcəyik və buna alışmalıyıq.”

Tramp həmçinin mümkün seçici saxtakarlığı ilə bağlı təhqiqatın başladılmasına çağırıb. O, heç bir sübut irəli sürmədən, milyonlarla qeyri-qanuni mühacirin Hillari Klintona səs verməsi nəticəsində ümumxalq səverməsində rəqibinə məğlub olduğunu iddia edir.

Təhlilçi Con Fortierin sözlərinə görə, bu, onun gündəmini həyata keçirməsinə çətinlik yarada bilər.

2,8 – 2,9 milyon daha çox insan Hillari Klintona səs verdi. Bu o demək deyil ki, Trampın prezidentliyi qeyri-qanunidir. Xeyr. Bu sadəcə o deməkdir ki, Tramp Amerika xalqını onları təmsil etdiyinə və onların çoxunun inandığı dəyərləri əks etdirdiynə inandırmaq üçün hələ çox iş görməlidir.

“Məsələn, obamacare-i dəyişdirmək və vergiləri azaltmaq kimi böyük məsələlərdə. Bundan əlavə Donlad Tramp hələ də sərhəd təhlükəsizliyi və Meksika ilə sərhəddə divarın inşası məsələsini vurğulayır. Fikrimcə, onlar bunları tez bir zamanda həyata keçirməyə çalışacaq və öncəki administrasiya momentumu itirmədən Respublikaçıların Konqresdəki üstünlüyündən istifadə etməyə çalışacaqlar.”

Digər ekspertlər isə deyir ki, Tramp ona olan dəstəyi artırmağa çalışmalıdır. Brukinqs İnstitutundan Con Hudak:

“2,8 – 2,9 milyon daha çox insan Hillari Klintona səs verdi. Bu o demək deyil ki, Trampın prezidentliyi qeyri-qanunidir. Xeyr. Bu sadəcə o deməkdir ki, Tramp Amerika xalqını onları təmsil etdiyinə və onların çoxunun inandığı dəyərləri əks etdirdiynə inandırmaq üçün hələ çox iş görməlidir.”

Lakin hələ belə görünür ki, Tramp, siyasi çəkişmələrə baxmayaraq, öz tərəfdarlarına etdiyi kampaniya vədlərini həyata keçirməyə niyyətlidir.

XS
SM
MD
LG