Accessibility links

ABŞ prezidenti Donald Tramp terrorizmi din azadlığına fundamental bir təhdid adlandıraraq, seçkiqabağı kampaniyalarında vəd etdiyi kimi buna son qoyulacağını bildirib.

Terrorizmə son qoyulmalı və qoyulacaq

Milli dua səhər yeməyi zamanı çıxış edən ABŞ dövlət başçısı deyib ki, terrorizmə son qoyulmalı və qoyulacaq.

O, bunun vaxt alacağını desə də, baş tutacağından əminliyini ifadə edib.

Dini və siyasi liderlər qarşısında danışan Tramp administrasiyasının dini dəyərlər, şəxsi azadlıqları təmin edəcəyinə və repressiya və ayrı-seçkiliyin hər bir növünə qarşı mübarizə aparacağına vəd verib.

Tədbir respublikaçı senator Con Buzman və demokrat senator Kris Kunsun həmsədrliyi ilə keçirilib.

Səhər yeməyi ənənəsinin təməli 1953-cü ildən Vətəndaş Fondu və Konqres nümayəndələri tərəfindən qoyulub. Hər il bu tədbirə 3 mindən çox insan qatılır.

Duiqt Eyzenhauer tədbirdə iştirak edən ilk Amerika prezidenti olub.

XS
SM
MD
LG