Accessibility links

Ağ Ev: Tramp Meksikanı sərhəddə salınacaq divarın pulunu ödəməyə məcbur edəcək


Ağ Evin mətbuat katibi Şon Spayser bildirib ki, prezident Trampın Meksikanı sərhəddə salınacaq divarın pulunu ödəməsinə məcbur etməyə bir çox variantı var.

Mübahisəli divar məsələsi son günlər ABŞ-la Meksika arasında münasibətlərə soyuqluq gətirib.

Şon Spayser
Şon Spayser

Ağ Evin sözçüsü prezidentin Meksikadan idxal edilən mallara 20 faiz vergi tətbiq edəcəyini, beləliklə illik verginin 10 milyard dollara qalxa biləcəyini deyib. Bu vəsaitlə divarın asanlıqla inşa ediləcəyini deyən Spayser prezidenin bu məsələni Konqres liderləri ilə müzakirə etdiyini və bunun vergi islahatlarına dair paketə əlavə ediləcəyini bildirib.

Lakin daha sonra Ağ Ev bunun bir neçə seçimdən biri olduğunu bəyan edib. Bildirilib ki, prezident hələ ki, yekun qərarını verməyib.

15 milyard dəyəri olan divar Amerikanın vergi ödəyənləri tərəfindən maliyyəşdirilməli olacaq.

Nyeto Prezident Donald Trampın Meksika ilə sərhədlərə hasar çəkilməsinə dair sərəncamından sonra gələn həftəyə planlaşdırılan Vaşinqton səfərini təxirə salıb. Meksika lideri divarın xərcini ödəməyəcəyini bəyan edib.

ABŞ prezidenti Donald Tramp dünən qeyri-qanuni mühacirətin qarşısını almaq məqsədilə ölkənin cənubunda Meksika ilə sərhəddə divarın inşasına dair iki sərəncam imzalayıb. Bununla Birləşmiş Ştatlara qaçqınların daxil olmasını məhdudlaşdırmaq və Amerikanın şəhərlərinin sənədləri olmayan miqrantlardan müdafiəsi nəzərdə tutulur.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG