Accessibility links

Tramp amerikalı müsəlmanların qeydiyyatdan keçməsini təklif edir [Təhlil]


Respublikaçı prezidentliyə namizəd Donald Trampın keçən cümə axşamı günü çıxışı zamanı Amerikalı müsəlmanlar üçün məlumat bazası həyata keçirmək və onlara dinlərini göstərən xüsusi şəxsiyyət vəsiqəsi vermək barədə planı tənqidlərə yol açıb.

ABŞ-da prezidentiliyə respublikaçı namizəd Donald Tramp keçən cümə axşamı günü çıxışı zamanı amerikalı müsəlmanlar üçün məlumat bazası həyata keçirmək və onlara dinlərini göstərən xüsusi şəxsiyyət vəsiqəsi vermək barədə planı tənqidlərə yol açıb. Parisdə baş verən terror hücumundan sonra Tramp ABŞ torpaqlarında terrorçu hücumlarının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə çağırıb.

Donald Tramp

Donald Tramp

Keçən həftənin əvvəlində Tramp ABŞ məscidlərinin bağlanmasının və müsəlmanlara nəzarətin gücləndirilməsinin zəruriyyətini bildirib. Yahoo xəbər portalına müsahibəsində o bildirib ki, biz bir il əvvəl düşünməyə ehtiyac görmədiyimiz şeyləri etmək məcburiyyətində qalacayıq. Tramp ABŞ prezidentinin ilk vəzifəsinin amerikalıları qorumaq olduğunu deyib.

Keçən cümə günü Tramp öz fikirlərini müdafiə etməyə səy göstərib. O, Tvitter hesabında müsəlmanlar haqda məlumat bazası yaradılmasını nəzərdə tutduğunu demədiyini, lakin bu haqda sualı ona jurnalistin verdiyini bildirib.

Digər prezidentliyə namizədlər Trampın fikirlərini rədd edib

Hillari Klinton

Hillari Klinton

Demokrat prezidentliyə namizədlərdən irəlidə gedən Hillari Klinton Trampın sözlərinə münasibət bildirib. O, Tvitter postunda bu sözlərin şokedici olduğunu və bu ölkəni idarə etmək istəyənlər tərəfindən pislənməsi gərəkdiyini deyib.

Digər üç respublikaçı namizəd də həmçinin Trampı bu sözlərinə görə tənqid edib. Florida qubernatoru Ceb Buş bu sözləri mənfur adlandırıb. Məscidlərin bağlanmasını, insanların qeydə alınmasının tamamilə səhv olduğunu deyib. Senator Ted Kruz və Ohayo qubernatoru Con Kasiç də həmçinin Donald Trampın sözlərinin dinlərin azadlığına və ölkənin tarixinə zidd olduğunu bildiriblər.

Respublikaçı namizəd Ben Karson da tənqid olunub

Ben Karson

Ben Karson

Respublikaçı namizəd və nevro-cərrah Ben Karson da Suriya və İraqdan olan müsəlman qaçqınlar barədə fikirlərinə görə tənqidə məruz qalıb. Karson medianı onun sözlərini təhrif etməkdə günahlandırıb.

Amerika Müsəlman İnstitutundan Mayk Qhaus deyir ki, o Karsonla görüşərək ona müsəlmanlar haqda məlumat verməyi təklif edib. Onun təşkilatı digər qruplarla birlikdə cümə günü Vaşinqtonda keçirilən İŞİD qrupunun terror hücumlarına yox demək üçün nümayişə qatılıb. O, Karsona etdiyi təklifi digər namizədlərə də etməyə hazır olduğunu bildirib.

Bir qrup müsəlman və digər dini təşkilatlar Tramp və Karsonun fikirlərini pisləyib. Amərika İslam Əlaqələri Şurası amerikalı müsəlmanları və suriyalı qaçqınları hədəf alan hər iki namizədi tənqid edərək onları “İslamofobik və qeyri- konstitusional” adlandırıb.

Tramp və Karsonun fikirləri ABŞ Nümayəndələr Palatasının İraq və Suriyadan gələn qaçqınların milli maraqlara təhlükə yaratmadığını ABŞ milli təhlükəsizlik rəsmisi tərəfindən təsdiq olunması barədə qərar çıxardığı vaxta təsadüf edib. Senatda bu qanunun təsdiqlənməsi hələ aydın olmasada, Ağ Ev bildirib ki, prezident Barak Obama bu qanunu veto edəcək. Senatda söz sahibi olan demokratlar bildirib ki, onların hədəfi ABŞ-ın viza sadələşdirilməsi proqramından istifadə edərək ölkəyə daxil olmaq istəyən terrorçuların qarşısını almaqdır.

Respublikaçı Andre Karson yanlış reaksiya verəcəyindən qorxur

Andre Karson

Andre Karson

Amerikanın Səsinə müsahibəsində İndiana ştatından müsəlman konqresmen Andre Karson bildirib ki, Paris hücumlarından sonra Amerikalı müsəlmanlara qarşı tərs reaksiya verəcəyindən narahatdır.

Karson: “Mən müsəlmanlara, hindilərə, sikhlərə və katolik rahibələrə qarşı tərs reaksiya olacağından narahatam.” Karson başını bağlayan hər hansı qadının yanlışlıqla müsəlman terrorçu kimi qəbul ediləcəyini bildirir.

Konqresmen Karson həmçinin deyib ki, siyasətçilər fikirlərinə diqqət yetirməlidirlər.

“Əgər sən özünün lider olduğunu düşünürsənsə, Birləşmiş Ştatların prezidenti olaraq başqalarına qarşı diskriminasiya səni alçaldır.”

XS
SM
MD
LG