Accessibility links

Donald Trampın heykəli satışa çıxarılır


ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Trampın heykəli satışa çıxarılır.

Ötən ay Amerikanın müxtəlif şəhərlərində nümayişə qoyulan heykəllərin birinin hərracda 10 minlə 20 min dollar arasında satılacağı təxmin edilir.

Satışdan əldə olunan gəlir Milli Mühacirət Forumuna veriləcək.

Trampın heykəli siyasi mahiyyət daşıyan yeganə heykəl deyil. Belə ki, demokrat namizəd Hillari Klintonun fraklı heykəlinin 15 min dollara satılacağı ehtimal edilir.

Heykəllər özlərini INDECLINE adlandıran heykəltəraşlar tərəfindən hazırlanıb.

Trampın Nyu-Yorkda çılpaq heykəli az sonra götürülmüşdü.

Digər heykəllər Los Anjeles, San Fransisko, Seattl və Klivlenddə nümayişə qoyulmuşdu.

Hərraca Los Anjeles heykəli çıxmalıdır.

Hərrac oktyabr ayının 17-dən 22-dək davam edəcək.

XS
SM
MD
LG