Accessibility links

Donald Tramp: Nasizm terroru zamanı insanların məruz qaldığı mənəviyyatsızlıq və dəhşətləri tam anlamaq mümkün deyil


Donald Tramp deyib ki, nasizm terroru zamanı insanların məruz qaldığı mənəviyyatsızlıq və dəhşətləri tam anlamaq mümkün deyil. İkinci Dünya Müharibəsi zamanı qətlə yetirilən 6 milyon yəhudinin anım günü ABŞ prezidenti zülmün zəfərinə bir daha yol verilməyəcəyinə and içib.

Holokost qurbanlarının anım günü Tramp gələcəkdə soyqırımlara yol verilməyəcəyinə vəd verib.

Ürək ağrısı və dərin hüznlə Holokost qurbanları və qəhrəmanların xatirəsini anırıq

Osventsim ölüm düşərgəsinin azad edildiyi gündən 72 il ötür. Dünya boyu bu münaibətlə mərasimlər keçirilir.

Tramp çıxışı zamanı şərin xeyrə üstün gəlməsinə hər vasitə ilə mane olacağını bildirib.

«Ürək ağrısı və dərin hüznlə Holokost qurbanları və qəhrəmanların xatirəsini anırıq. Bilirik ki, ömrün toran cağlarında işıq daha parlaq görünür. Ölənləri yad edərkən biz bəşəriyyəti xilas edənlərə minnətdarlığımızı bildiriik»-deyə ABŞ dövlət başçısı sözünü davam etdirib.

Prezident deyib ki, vəhdətlə biz dünyada sevgi və dözümlülüyü qoruyub saxlaya biləcəyik.

Anti-diffamasiya liqasının rəhbəri Jonatan Qrinblant Ağ Evin bəyanatını bir mənalı qarşılamayıb. O deyib ki, prezidentin nitqi zamanı yəhudilərin adını anmaması təəssüf diğurub. O, Tvitter hesabında günahasız insanlar deyil, 6 miyon yəhudinin öldürüldüyünü yazıb.

Holokost qurbanlarının anım günü BMT tərəfindən 2005-ci ildə təsis edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG