Accessibility links

Trampın Ağ Ev yaxınlığında hotelə sahib olması maraqların toqquşması halıdırmı?


ABŞ rəsmiləri bildirirlər ki, “Trump International Hotel”-in 19-cu əsrə məxsus federal binada yerləşməsi heç bir maraqlar toqquşması qanunlarına zidd deyil.

Hotel Ağ Ev yaxınlığındakı Köhnə Poçt İdarəsi binasında yerləşir. Bu səbəbdən, demokratlar federal əmlaklara nəzarət edən Ümumi İşlər İdarəsinə müraciət edərək bildiriblər ki, hotelin müqaviləsinə yenidən baxılmalıdır.

Federal qanunlar seçilmiş rəsmilərin federal binalarda icarəçi olmalarını qadağan edir.

Ümumi İşlər İdarəsindən verilən cavabda bildirilib ki, Tramp prezident seçildikdən sonra öz biznesini oğullarına ötürdüyü üçün dəbdəbəli hoteldən gəlir əldə etmir.

Buna baxmayaraq, etika mütəxəssisləri maraqların toqquşması ehtimalını istisna etmirlər. Onların fikrincə, üzərində “Trump” yazılmış paytaxt hoteli öz adına görə yüksək vəzifəli şəxsləri cəlb edə bilər. Bu yolla qonaqlar hoteldə qalmaqla Ağ Ev ilə münasibətlərdə hər hansı bir imtiyaz qazana biləcəyini düşünə bilərlər.

Onu da əlavə edək ki, bu hotelin önü yeni seçilmiş prezidentdən narazı olanlar üçün sevimli etiraz məkanlarından biridir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG